Sumqayıtda hava

İqtisadiyyat

Sumqayıt TTM-də 4200 dinləyiciyə və 550 şagirdə sertifikatlar təqdim edilib


Sumqayıt təlim-tədris mərkəzində yarandığı dövrdən bu günədək 4200 nəfərə yaxın dinləyiciyə və 550 şagirdə sertifikatlar təqdim edilmişdir.
2012-ci ildən fəaliyyət göstərən Sumqayıt təlim-tədris mərkəzi Sumqayıt şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyi, Karbamid zavodu, “SOCAR Polymer” MMC və digər müəssisələrin kadr hazırlığına olan tələbatını ödəyir.
Sumqayıt təlim-tədris mərkəzində elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nəzarət ölçü cihazları və avtomatika, dəzgah, qaynaq, əməyin mühafizəsi və təhlükəsizliyi üzrə, həmçinin aparatçı, maşinist, təmirçi-çilingər və elektrik qaz qaynaqçıları üçün təlim emalatxanaları yaradılıb. Mərkəzin tədris otaqları və təlim emalatxanaları müasir informasiya texnologiyaları və zəruri əyani vəsaitlərlə təmin edilib.
2017-ci ildə Mərkəzdə Yaponiyanın tanınmış “Yokogawa Electric Corporation” şirkətinin (Yokogawa Electric CİS Ltd - MDB ölkələri üzrə baş ofisi) dəstəyi ilə müasir avtomatik idarəetmə sistemləri üzrə təlim otağı qurulub ki, bu da avtomatik idarəetmə sistemləri, proqram təminatı, CENTUM və ProSafe sistemləri üzrə təlimlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada əsas məqsəd Azərbaycanda avtomatika və nəzarət-ölçü cihazları sahəsində ən son texnologiyaların tətbiqi və yerli mütəxəssislərin bu sahələr üzrə biliklərinin artırılmasıdır.
2020-ci ildə təlim mərkəzində keçirilmiş kurslar 50 ixtisas üzrə 10 qrupda 81 nəfər dinləyicini (mühəndis-texniki işçilər üçün maarifləndirmə kurslarında 17 nəfər, fəhlələr üçün maarifləndirmə kurslarında 16 nəfər, təlimatlandırma kurslarında 42 nəfər, təkmilləşdirmə kurslarında 6 nəfər) əhatə edib.
İl ərzində Sumqayıt təlim-tədris mərkəzində keçirilən ƏMTT kurslarında 4 qrupda 27 nəfər dinləyici, yeni işə qəbul olunanlar üzrə təlim kursunda 2 qrupda 15 nəfər iştirak edib.
Bundan əlavə, 16 ixtisas üzrə yeni fəhlə kadrlarının hazırlanması (təlimin müddəti 6 ay və 1 il olmaqla) təlimləri təşkil olunmuşdur. 7 ixtisas üzrə 105 şagirdin təhsil aldığı yeni fəhlə kadrlarının hazırlanması qruplarında təlimin nəzəri hissəsi pandemiya ilə əlaqədar onlayn rejimdə tədris edilmiş və şagirdlər yaxın günlərdə istehsalat təcrübəsinə göndəriləcəklər.
Ümumilikdə, Sumqayıt təlim-tədris mərkəzində yarandığı dövrdən bu günədək ayrı-ayrı peşələr və ixtisaslar daxilində tədris olunmuş kurslarda 4200 nəfərə yaxın dinləyici, 550 nəfər şagird iştirak etmiş və onlara sertifikat təqdim edilmişdir.






Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR