Sumqayıtda hava

Cəmiyyət

Qubadlı rayonunda koronavirusla mübarizə tədbirləri davam etdirilir


Koronavirus (COVID-19) infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müvafiq tapşırıqlara əsasən, Qubadlı rayonunda təxirəsalınmaz, qabaqlayıcı tədbirlər davam etməkdədir.
Rayon Gigiyena və Epidemiologiya mərkəzinin və rayon Kommunal Müəssisələr Kombinatının işçiləri tərəfindən Sumqayıt şəhərində əhalinin sıx məskunlaşdığı ərazilərdə, 4-cü məhəllədə 201 ailənin məskunlaşdığı 1 və 2 saylı, 3 ədəd yarımçıq binalarda, 47-ci məhəllədə 183 ailənin məskunlaşdığı 11, 12, 13, 14 saylı binalarda, 9-cu mikrorayonda 201 ailənin məskunlaşdığı 29, 30, 31 saylı binalarda, 11-ci mikrorayonda 2 ədəd yarımçıq binada, 12-ci mikrorayonda 450 ailənin məskunlaşdığı 1, 2, 3, 4, 5, 6 saylı binalarda, İnşaatçılar qəsəbəsində 130 ailənin məskunlaşdığı SU-13 idarə binasında, dəmir-beton zavodunun idarə binası, Ağac Emalı Zavodunun idarə binası, sanitar-dezinfeksiya işləri həyata keçirilib. Binaların, yataqxanaların girəcəkləri, pilləkən qəfəsləri və həyətyanı sahələr təmizlənib.
Eyni zamanda mobil qruplar tərəfindən 8 obyektə gündəlik reyd edilib, fəaliyyət göstərən 6 obyektə karantin qaydalarına riayət etmələri üçün xəbərdarlıq olunub. Nəzarətə götürülmüş yaşı 65-dən yuxarı olan 297 tənha sakinlərə mütəmadi olaraq baş çəkilir və onların gündəlik tələbatları ödənilir. Hər bir sakinlə xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etmək və evdə qalmaqla özlərini qorumaqla bağlı söhbətlər aparılır.






Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR