Sumqayıtda hava

İqtisadiyyat

Azərbaycanda elektriklə işləyən avtobusların istehsalı başlayır


Yaxın vaxtlarda Azərbaycanda ilk dəfə olaraq elektriklə işləyən avtobusların istehsalı başlanacaq. Yeni avtobuslar özəlliyi onların günəş və külək enerji ilə hərəkət etməsidir.
Avtosfer.az xəbər verir ki, avtobusun istehsalı İnnovasiyalar Agentliyinin dəstəyi ilə həyata keçiriləcək. Avtomobilin bütün detalları Azərbaycanda istehsal olunur.
14 nəfərlik tutumu olan yeni avtobuslar tamamilə elektriklə, günəş və külək enerjisi ilə işləyəcək.
Bunun üçün avtobusların damında günəş panelləri və külək enerjisi qurğusu – külək turbini var. Avtobus hərəkət etdikdə bu turbinlər hə hərəkət edərək avtobusun işi üçün enerji hasil edəcək.
Nəticədə avtobuslar günəş və külək olduqda faktiki olaraq daimi hərəkət edə biləcəklər. Birdəfəlik tam enerji yığmaqla isə 60 kilometr gedə biləcəklər. Bu da şəhər və rayonların daxili üçün əlverişli göstəricidir.
Avtobusların istehsalı ilə məşğul olan komanda bütünlüklə azərbaycanlılardan ibarətdir. Qarşıdakı 2-3 həftədə avtobusun testləri başlayacaq. Daha sonra isə onun kütləvi istehsalına start veriləcək.
Yeni avtobus şirkətin bir qədər əvvəl istehsal etdiyi və ilk dəfə İsmayııllıda quraşdırılan ağıllı dayanacaqlar üçün nəzərdə tutulub. İlk avtobus İsmayıllıdakı iki ağıllı dayanacaq arasında xəttə buraxılacaq.
Sözügedən şirkət indiyədək Azərbaycandakı istehsal sahələrinə 13 milyon manata yaxın yatırım edib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR