Sumqayıtda hava

Manşet / Cəmiyyət

Yaşma bağlarında yaşayan sakinlərin su və nəqliyyat problemi həll edilir


44 saylı Sumqayıt-Xızı seçki dairəsindən Milli Məclisin deputatu seçilmiş Müşfiq Məmmədli dairənin ərazisi üzrə sakinlərin problemlərini daim diqqətdə saxlayır və problemlərin tezliklə həll olunması üçün müvafiq addımlar atır.
Müşfiq Məmmədli bildirib ki, 44 saylı Sumqayıt - Xızı seçki dairəsinin ərazisinə daxil olan Yaşma bağları uzun illərdir ki, su və digər problemlərlə üzləşib:
"Əhalini ən çox narahat edən iki məsələ su və nəqliyyat problemi daim dilə gətirilib, bu haqda dəfələrlə şifahi müraciətlər olub. Millət vəkili olaraq öz növbəmdə mütəmadi olaraq aidiyyəti qurumlarla əlaqə saxlayıb problemləri nəzərlərinə çatdırmışam. Qısa müddət ərzində Yaşma bağ sakinlərini, o cümlədən məni sevindirəcək addım atılıb. Belə ki, həmin əraziyə işləyən 3 saylı marşurutun qət etməli olduğu yol 4 km artırılmış, bu da sakinləri narahat edən məsələnin aradan qalxmasına mühüm töhvə olmuşdur. Eyni zamanda bildirmək istərdim ki, yaxın zamanlarda 26 saylı marşurutun da bərpa ediləcəyi haqda bizə məlumat verilmişdir.
Sakinləri narahat edən digər məsələ isə suvarma üçün nəzərdə tutulan suyun təzyiqinin aşağı olması, bəzi yerlərdə isə gün ərzində çox cüzi az vaxtla verilməsi idi. Təbii ki, haqlı narazılığı nəzərə alaraq Meliorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi məktub göndərdik. Eyni zamanda insanların içməli su ilə təmin olunması üçün Azərsu ASC-yə də rəsmi müraciət etdik. Artıq ilkin nəticələr var. Belə ki, suvarma üçün verilən suyun təzyiqi normallaşıb, insanlar texniki sudan normal istifadə edə bilirlər. Bununla yanaşı içməli su problemi açıq qalıb. Məsələni diqqətdə saxlayacağıq. Ümid edirik ki, ölkə rəhbəri cənab prezidentimizin də diqqətində olan su problemi tez bir zamanda Yaşma bağlarında da öz həllini tapacaqdır."





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR