Sumqayıtda hava

İqtisadiyyat

Azertexnolayn MMC-nin istehsal etdiyi məhsullar qonşu ölkələrə də ixrac edilir


Sumqayıt Kimya Sənaye Parkının ilk rezident olaraq 2012-ci ildə təməli qoyulan Azertexnolayn MMC ölkəmizin sənaye sahəsində mühüm işlərin görülməsində əməyi keçən şirkətlərdəndir. 2013-cü ildə istismara verilən şirkət ölkəmizdə sənaye infrastrukturunun inkişafı, onun mövcud potensialının daha da möhkəmlənməsi və müasirləşdirilməsi istiqamətində professional səylərini göstərməkdədir. Azertexnolayn MMC bu gün müasir texnologiyalara əsaslanan, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən və ixrac potensialına malik polad borular, bağlayıcı armaturlar, kanalizasiya boruları, metal hasarlar, plastik fittinqlər və s. məhsulların istehsalı ilə məşğuldur. Şirkətin məhsulları dünya standartlarına və yüksək keyfiyyət səviyyəsinə, həmçinin gigiyenik və təhlükəsizlik göstəricilərinə uyğun olaraq istehsal olunur.
İstehsal olnan məhsullar ölkə daxilində istifadə olunmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur. Azertexnolayn MMC-nin Rusiya Federasiyasına ixrac edilən yeni məhsulu - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlığı da bu günlərdə uğurla istifadəyə verilib.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR