Sumqayıtda hava

Redaktorun Seçimi / Xidmət

LUKOYL yanacaqdoldurma məntəqələrində YENİLİK - 5 AZN ENDİRİMLƏ


“LUKOYL-Azərbaycan” QSC, E-PUL və VİSA sistemi Azərbaycanda bir ilkə imza atdı. Artıq yanacaq üçün ödənişlərinizi QR kod ilə həyata keçirə biləcəksiniz.
Bu yenilik bir sıra üstünlüklərə malikdir. YDM-də operatorun ödənişi qəbul etmək üçün POS-terminalla sürücüyə yaxınlaşmasına ehtiyac qalmır. Başqa sözlə, müştərilərlə operator arasında təmas minimuma endirilir ki, bu da pandemiya dövründə olduqca önəmlidir.
QSC-nin direktoru Zaur Cəlilov bildirib ki,  layihənin reallaşdırılması müştərilərin rahatlığı və məmnuniyyəti üçün atılmış uğurlu addımlardan biridir:
"Biz daim inkişaf və rahatlıq imkanlarını axtarır, xidmətin operativliyini artırmaq üçün yeni nəsil texnologiyalar tətbiq edirik. Artıq LUKOIL YDM-lərində siz mobil tətbiqin köməyi ilə avtomobildən çıxmadan yanacaq doldura bilərsiniz. Sevindiricidir ki, VISA və E-PUL kimi innovativ tərəfdaşlarla birgə növbələrsiz, xeyli sayda ödəniş kartı və nağd pulu daşımağa ehtiyac olmayan gələcəyi yaxınlaşdırırıq".
Ödənişlərinizi rahat və təhlükəsiz - QR kod vasitəsi ilə həyata keçirmək üçün aşağıdakıları yerinə yetirin:
• E-PUL mobil əlavəsini yükləyin;
• Kartı qeydiyyatdan keçirin və təhlükəsiz sistemə əlavə edin;
• Operator kassada məbləği daxil etdikdən sonra yanacaq sütununa quraşdırılmış QR kodu oxudun;
• Mobil əlavədə operator tərəfindən kassada daxil edilən məbləğ əks ediləcək;
• Bir toxunuşla vəsait kartdan silinir və bu əməliyyat E-PUL hesabında "Tarixçə" bölməsində əks ediləcək;
• Kassada operatora ödənişin uğurla həyata keçirilməsi barədə qəbz verilir.
QR kodla minimum 10 AZN dəyərində yanacaq aldıqda, ilk tranzaksiyaya 5 AZN endirim tətbiq ediləcək.
Şirkətdən "Yenisumqayit.az"a bildirilib ki, hələlik bu yenilikdən Sumqayıt ərazisində olan YDM-lərdə bu yenilikdən yararlanmaq mümkün deyil, yalnız QR kod stikeri olan YDM-lərin müştəriləri bu imkandan yararlanacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR