Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı yazarın əsərləri Türkiyədə kitab sərgisində


Sumqayıtlı həkim-yazar, Hümbət Həsənoğlunun 2 kitabı qardaş Türkiyədə kitab sərgisində nümayiş etdirilib. Müəllif bu haqda özünün "facebook" səhifəsində məlumat paylaşıb:
"Türkiyədə bu günlərdə keçirilən kitab sərgisində iki kitabımın, “Aforizmalar” və “ Kelebek mutluluğu” kitablarının olması məni sevindirdi. "Fethiye Edebi Qrubu"nun rəhbəri Çoşkun Karabuluta təşəkkürümü bildirirəm."
Xatırladaq ki, Hümbət Həsənoğlunun "Qanun" nəşriyyatında çap edilmiş 4 kitabı (“Statusman”, “Kəpənək xoşbəxtliyi”, “Aforizmlər”, “Hümbət Həsənoğlunun aforizmləri-2”) “Bilik” mətbəəsində çap edilmiş 1 kitabı (“Son təbəssüm”) və qardaş Türkiyədə çap edilmiş “Kelebek mutluluğu” (“Kəpənək xoşbəxtliyi”) və “Aforizmalar” adlı iki kitabı oxucular tərəfindən maraqla qarşılanmışdır. Yazıçının artıq bir-neçə kitabı rus dilinə tərcümə olunmuş, Cənubi Azərbaycandakı soydaşlarımız üçün əski əlifba ilə çapa hazırlanmışdır. Onun əsərləri hazırda digər dillərə də tərcümə edilir.
birlik.az





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR