Sumqayıtda hava

Elan

"Sumqayıt Gənclər Evi"ndən KÖNÜLLÜLÜK AKADEMİYASI - ŞƏRTLƏR


Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Sumqayıt Gənclər Evi gənclərin müxtəlif layihə və xidmətlərlə fərdi inkişafına, onların müxtəlif sağlam bilik və vərdişlərə yiyələnməsi, asudə vaxtlarının səmərəli təşkili, onların ideya və təşəbbüslərinin reallaşdırılmasına nail olmaq məqsədilə fəaliyyət göstərən sosial xidmət müəssəsidir.
Sentyabr ayından etibarən Sumqayıt Gənclər Evinin “Könüllük Akademiyası” proqramı başlayır!
Sumqayıt Gənclər Evi Gəncləri könüllü hərəkatının bir parçası olmağa, öz inkişafını bu məkandan və peşəkar komanda ilə başlamağa dəvət edir.
Proqram 3 ay müddətində davam edəcək. Bu müddət ərzində müxtəlif təlimlərə və fəalliyyətlərə cəlb olunmaqla siz:
- şəxsi inkişaf və təcrübəyə nail olacaq;
- intellektual və əyləncəli dostlar qazanacaq;
- peşəkar və uğurlu komandanın bir parçası olacaq;
- komanda ilə işləmə bacarıqlarınızı artıracaq;
- gələcək karyeranıza tətbiq edəcəyiniz bilik və bacarıqlar qazanacaq;
- yeni insanlarla tanış olacaq və əlaqələrinizi genişləndirəcək;
- yerli və beynəlxalq layihələrdə iştirak imkanı qazanacaqsınız.
Proqramı müvəffəqiyyətlə başa vuran könüllülər xasiyyətnamə və sertifikatla təltif olunacaqlar.
“Könüllülük Akademiyası” proqramına 17-24 yaş aralığında gənclər qoşula bilər.
QEYDİYYAT: https://forms.gle/aKecYzkQgd7nrCGVA
Son qeydiyyat tarixi: 30 avqust, saat: 18.00





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR