Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda gənclər İlham Zəkiyevlə görüşdü


Avqustun 22-də Sumqayıtda şəhərin bir qrup ictimai-fəal gənclərinin Prezident təqaüdçüsü, Qarabağ qazisi, iki qat paralimpiya çempionu, şöhrət ordenli  İlham Zəkiyev ilə “Vətənpəvərlik” mövzusunda onlayn görüşü keçirilib.
Görüşdə İlham Zəkiyev və əməkdar məşqçi Rəfael Məmmədov çıxış edərək vətənimizin azadlığı, müqəddəs torpaqlarımızın toxunulmazlığı naminə canından keçən oğul və qızlarımızın hər zaman qədirbilən xalqımızın qəlbində əbədi yaşadığını, onların qəhrəmanlıq, şərəf və qeyrət nümunəsi kimi gələcək nəsillərə örnək olaraq təqdim olunuğunu qeyd ediblər.
Bildirilib ki, tarixin bütün dövrlərində, doğma yurdun başı üzərini qara buludlar alanda məhz bu qəhrəman və cəsur vətən övladları öz sinələrini düşmənə sipər edib, millətimizin qəhrəmanlıq salnaməsinə şanlı səhifələr yazıblar.
Qeyd olunub ki, hər bir dövlət vətənpərvər insanların sayəsində inkişaf edir və ölkənin gələcəyi gənclərin nə dərəcədə vətənpərvər olmasından, vətənə xidmət etməsindən asılıdır.






Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR