Sumqayıtda hava

Elan

Azərbaycan Texnologiya Universitetindən müəllimlərin İŞƏ QƏBUL ELANI


Azərbaycan Texnologiya Universiteti 2020/2021 tədris ili üçün aşağıdakı ixtisaslar üzrə müəllimlərin işə qəbulunu həyata keçirir:
⎔ Kompyuter mühəndisliyi (rus bölməsi üzrə)
⎔ Mühasibat uçotu (rus bölməsi üzrə)
⎔ Kimya mühəndisliyi (azərbaycan və rus bölmələri üzrə)
⎔ Metallurgiya mühəndisliyi (azərbaycan və rus bölmələri üzrə)
⎔ Turizm (azərbaycan və rus bölmələri üzrə)
⎔ Logistika (azərbaycan və rus bölmələri üzrə)
⎔ İngilis dili
⎔ Alman dili
⎔ Menecment
⎔ Dövlət və bələdiyyə idarəetməsi
⎔ Marketinq
⎔ Sənayenin iqtisadiyyatı və idarə edilməsi
Namizədlərə aid tələblər:
☝ Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru)
☝ Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları
☝ Tələbə yönümlü tədris metodikası
☝ Microsoft Ofis proqramlarında (Windows, Microsoft Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı
Namizədlər CV-lərini mövzu yerində müvafiq ixtisas adları qeyd edilməklə l.rzayeva@uteca.edu.az elektron ünvanına göndərə bilərlər.
Müraciət üçün son tarix: 5 sentyabr 2020-ci il
Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR