Sumqayıtda hava

Hadisə

Xəzər bağlar massivinin sakini 7 aydır axtarılır


Sumqayıt şəhəri Xəzər bağlar massivində yaşayan 82 yaşlı Yunus Hüseynov itkin düşüb.
Oxu.az-ın məlumatına görə, o bu ilin yanvarın 31-də yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Qeyd edilir ki, Y.Hüseynovun boyu 165 sm-dir, arıq bədən quruluşludur, ağbənizdir, saçları qısa və ağ, gözlərinin rəngi isə qəhvəyidir.
Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi poliver, başında qara papaq, ayağında qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxs barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Sumqayıt ŞPİ-yə (018) 65-4-02-02 şəhər və (077) 458-17-18 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR