Sumqayıtda hava

Elan

Azərbaycan-Fransız Universitetinin bakalavr proqramına qəbul başlayır - ŞƏRTLƏR


ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin 2020/2021-ci tədris ili üzrə bakalavr proqramına qəbul başlayır. 

UFAZ-ın daxili imtahanına qeydiyyat 29 avqust-04 sentyabr tarixlərində onlayn platforma üzərindən aparılacaq. İmtahan 07 sentyabr tarixində saat 11:00-da UFAZ-ın əsas binasında ənənəvi qaydada keçiriləcək*. İmtahan Koronavirus (Covid-19) pandemiyası dövründə xəstəliyin yayılmamasının qarşısının alınması məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş bütün zəruri göstərişlərin nəzərə alınması, eləcə də imtahanın keçirilməsi üçün nəzərdə tutulan bütün otaqlarda maksimum 10-12 nəfərin yerləşdirilməsi, sosial məsafə və gigiyena qaydalarının gözlənilməsi şərti ilə baş tutacaq. Tarixlərlə bağlı məlumatlar UFAZ səhifəsində qeyd olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunmuş 1-ci ixtisas qrupu üzrə imtahanlarda mümkün 700 baldan ən az 500 və daha çox bal toplamış abituriyentlər Strasburq Universiteti tərəfindən təşkil olunmuş UFAZ-a qəbul imtahanında iştirak edə bilərlər.

Daxili imtahan Azərbaycan və rus bölmələrininin məzunları üçün müvafiq olaraq Azərbaycan və rus dillərində aparılır.

Daxili imtahan test suallarından ibarətdir və aşağıdakı mövzuları əhatə edir:  

  • Fizika (10 sual ) - 20 bal

  • Kimya (10 sual ) - 20 bal

  • Riyaziyyat (10 sual ) - 20 bal

  • Ümumi elmi biliklər (10 sual ) - 20 bal

  • İngilis dili (çalışma + esse ) - 20 bal. 

İmtahan sual nümunələri ilə buradan tanış ola bilərsiniz.

UFAZ 4 ixtisas üzrə hər il dövlət sifarişli 120 yer, ödənişli əsaslarla isə 40 yer təklif edir. UFAZ-a qəbul imtahanının nəticələrindən asılı olaraq tələbələrə ödənişsiz və ödənişli yerlər təklif olunur. İmtahan nəticələrinin sıralamaları zamanı Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda toplanılmış nəticələr deyil yalnız cari ildə UFAZ-a qəbul imtahanının nəticələri nəzərə alınır.

Bakalavr proqramı üçün nəzərdə tutulan ixtisaslar aşağıdakılardır: 

  1. Kompüter Elmləri

  2. Neft və Qaz Mühəndisliyi

  3. Kimya Mühəndisliyi

  4. Geofizika və Geologiya Mühəndisliyi

UFAZ daxili imtahanında uğurlu nəticə əldə etməyən abituriyentlər DİM kodlaşdırmasında iştirak edərək digər universitetlərə və ixtisaslara müraciət edə bilərlər. Bu hal UFAZ-a qəbul olan, lakin qeydiyyatdan keçməkdən imtina edən abituriyentlərə də aiddir.

İmtahandan keçən abituriyentlər qeydiyyatdan keçdikdən və UFAZ tələbəsi adı qazandıqdan sonra DİM kodlaşdırmasında iştirak etmək hüququnu itirirlər.

*Qeydiyyat və imtahan tarixləri DİM-in nəticələri elan etməsinə uyğun dəyişdirilə və ya uzadıla bilər.


Əlavə suallarınız olarsa:

https://www.ufaz.az/az/about-us/faq/

Tel: ( + 994 12) 599 00 94

E-mail: admissions@ufaz.az






Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR