Sumqayıtda hava

Redaktorun Seçimi / Faydalı

Məhərrəm ayı və Aşura günü haqqında hər şey - ARAŞDIRMA


Mәhәrrәm ayı – Hicri təqviminin ilk ayıdır. Uca Allahın aşağıdakı ayədə bildirdiyi kimi, dörd haram (müqәddәs) aylardan biridir:
“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zilhiccə və məhərrəm) haram aylardır. Bu (İslam), doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. (Tövbə, 36)
Әbu Bəkrə rəvayət edir ki, Peyğəmbər (ona və ailəsinə salam olsun) dedişdir: “İl – on iki aydan ibarətdir. Onlardan dördü haramdır: arda-arda gələn üç ay – Zül-Qadə, Zilhiccə və Mәhərrəm; Cumədəl-Axir və Şaban ayının arasında olan Rəcəb ayı”. (Buxari, 2958)
Bu ayın Mәhərrəm adlandırılması, mənasının ‘haram (müqəddəs) olan’ olmasına görədir.
Uca Allahın “..həmin aylarda özünüzə zülm etməyin” sözü, bu aylarda edilən günahların, digər aylarda edilən günahlardan daha böyük olması səbəbilədir.
Qatadə (Allah ondan razı olsun) “..həmin aylarda özünüzə zülm etməyin” ayəsi haqda belə demişdir:
“Bu haram aylarda günah etmək, digər vaxtlarda edilən günahlardan daha şiddətli və daha böyükdür. Digər vaxtlarda edilən günahlar da təbii ki böyükdür. Lakin Allah, istədiyi zamanı seçərək daha da əzəmətləndirir”. Həmçinin deyir: “Allah, Öz məxluqundan müəyyən kəsləri seçmişdir. O, mələklər arasından elçilər, insanlar arasından peyğəmbərlər, sözlər arasından Onu zikr etməyi, yerdә üzündə məscidləri, aylar arasından Ramazan və haram ayları, günlərdən Cümə gününü, gecələrdən isə, Qədr Gecəsini seçmişdir. Buna görə də Allahın əzəmətləndirilməsini söylədiklərini, əzəmətləndirin.” (İbn Kəsir, Tövbə surəsi 36-cı ayənin təfsiri).
Bizdən öncə yaşamış xeyirli insanlar üç “10-luğu”əzəmətləşdirərdilər:
“Məhərrəm ayının ilk on gününü, Zilhiccə ayının ilk on gününü və Ramazan ayının son on gününü.” (Raddul-Mənsur, 8/501)
 Məhərrəm ayında daha çox nafilə oruc tutmağın üstünlüyü
Hədisdə deyilir: “Allah Rəsulu (ona Allahın salamı olsun) dedi: “Ramazan ayından sonra ən üstün dərəcəli oruc, Allahın ayı olan Mәhərrəmdədir”. (Muslim, 1982)
Ay adının Allah sözü ilә birgә işlәdilmәsi (nisbət edilməsi), bu ayın əzəmətini daha da açıq şəkildə ifadə edir.
Uca Allah, istədiyi zamanı və məkanları seçәrәk, onları fәzilәtli etmiş, insanları da bu fürsәtlәrdәn istifadә edәrәk savab qazanmağa çağırmışdır. Böyük alim İbn Abdus-Salam (Allah rәhmәt etsin) demişdir: “Zamanlar və məkanlar iki yolla fəzilətləndirilir. Biri dünyəvi, ikincisi isə dini yolla. İkincisinə gəldikdə – səbəbi budur ki, Uca Allah o vaxt və məkanlarda edilən əməllərə daha böyük savab verməklә, qullarına Öz səxavətini bəxş edir. Məsələn, Ramazan ayında tutulan oruca, digər vaxtlarda tutulan orucdan daha böyük savab verir. Eləcə də, Aşura günündə.. Bunun üstünlüyü, Allahın qullarına qarşı səxavəti və mərhamətindən dolayıdır..” (Qavaid әl-Әhkәm, 1/38).
Mәhərrəm ayından əldə olunacaq ibrətlər.
Mәhərrəm ayı, Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrət etməsi hadisəsindəki bir çox dərs və ibrətləri xatırladır. Bütün bunlar bizlərə, Hicri təqviminin başlıca əhəmiyyətini anlamağa yardım edir. Hicrət hadisәsinin, İslamın inkişafında mühüm bir addım olmasını yada salmaqda da fayda vardır. Belə ki, tarix boyunca İslam, hicrətdәn faydalanmışdır. Bir çox qitәlәrdә İslamın mövcud olması və inkişaf etmәsi, oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların zəhmətləri nəticəsində olmuşdur.
Mәhərrəm ayının 9 və 10-cü günü oruc tutmaq Peyğəmbərimizin tövsiyyəsidir (sünnəsidir). O (ona Allahın salamı olsun) 10-cu günü (Aşura günü) oruc tutmuş, öz səhabələrini də buna təşviq etmişdir.
* Hz Hüseyn (Allah ondan razı olsun) və onun ailəsinin böyük fədakarlığı.
Əhli-Beytin dahi şəxsiyyəti və İmamı olan Hz. Hüseyn’in Kərbəla’da şəhid olması da, aşura gününə təsadüf edir. Yəni, bu hadisə, aşura gününün əsl səbəbi deyildir. Peyğəmbərimizin vəfatından illər sonra, bu faciə baş vermiş və aşura gününə təsadüf etmişdir. Biz Kərbəla epizodundan qəhrəmanlıq dərsləri, səbr və mətanət nümayiş etdirməyi öyrənməliyik.
İslamevi.az





Xəbər lenti

Təqvim

«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR