Sumqayıtda hava

Cəmiyyət

Abituriyentlər nə üçün Azərbaycan İlahiyyat İnstitutunu seçirlər?


Azərbaycan İlahiyyat İnstitutu Prezident İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılıb. Burada xaricdə təhsil almış yüksəkixtisaslı kadrlar tərəfindən yalnız İslam dini deyil, həmçinin Xristianlıq, Yəhudilik, Hinduizm, Buddizm və digər dünya dinlərinin inanc, ibadət, əxlaq sistemi və ictimai strukturları müasir sosial elmlərin metodları əsasında tədris olunur. İnstitutun yaradılmasının əsas məqsədi Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdən ibarətdir.
Azərbaycan İlahiyyat İnstitutuna qəbul 3-cü ixtisas qrupu üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır. Minimum keçid balı 150-dir. İslamşünaslıq ixtisası üzrə qəbul olunmaq istəyən abituriyentlərin 3-cü ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur. Müsahibəyə test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olan abituriyentlər buraxılırlar.
Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları xüsusi psixoloji metod ilə müsahibə əsasında müəyyənləşdirilir. Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” olaraq qiymətləndirilir.
Azərbaycan İlahiyyat İnstitutunda təhsil tam ödənişsizdir.
İlahiyyat fakültəsində tədris bakalavr, magistratura və doktorantura səviyyələri üzrə həyata keçirilir.
Bakalavriat səviyyəsi üzrə Dinşünaslıq və İslamşünaslıq ixtisasları ilə yanaşı, magistratura və doktorantura səviyyələri üzrə də tədris aparılır.
Azərbaycan İlahiyyat İnstitutuna bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulu həyata keçirilir. 
Müəssisədə xarici dillər peşəkar mütəxəssislər tərəfindən müasir metodlar əsasında tədris edilir.
Dünyanın qabaqcıl universitetləri ilə ikitərəfli akademik əməkdaşlıq əlaqələri qurulur.
Tələbələr ümummilli lider Heydər Əliyev adına, “Şeyxülislam” adına, eləcə də Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis etdiyi təqaüdləri alırlar.
Məzunlara geniş iş imkanları yaradılır.
Tələbələr pulsuz dərslik və geyimlə təmin olunurlar. 
Kitabxanada 20000-dən artıq ədəbiyyat və kompüterlərlə   təchiz edilmiş Oxu zalı mövcuddur.
İnstitutda Tələbə Gənclər Təşkilatı və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir.
Aİİ tərəfindən pulsuz ölkədaxili və xarici ekskursiyalar, görüşlər, seminarlar, yarışlar təşkil olunur.
Azərbaycan İlahiyyat İnstitutu – güclü təhsilin yeni ünvanı!





Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR