Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda rəssamların "BAX!ş"ından FOTOLAR


"Xeberle.com" informasiya portalının təşəbbüsü və Sumqayıt Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə şəhər rəssamlarının əsəsrlərindən ibarət "BAX!ş" adlı sərgi keçirilib.
Nəsimi adına Dənizkənarı mədəniyyət və istirahət parkında açıq havada keçirilən sərgidə 18 rəssamın əl işindən ibarət əsərlər nümayiş olunub. İki gün davam edən sərgidə təqdim olunan əsərlərdə rəssamlar dini radikalizmin törətdiyi fəsadları təsvir ediblər. 
Sərgini cəmiyyətin müxtəlif nümayəndələri ziyarət edərək öz fikirlərini bölüşüblər.
Layihənin nəticəsi olaraq sosial şəbəkə istifadəçilər arasında onlayn sorğu keçiriləcək və ən çox səs toplamış 3 əsər mükafatlandırılacaq.
Həmin əsərlərin müəllifləri haqqında isə "Xeberle.com" informasiya portalında yazı dərc olunacaq.
Həyata keçirilən sərginin əsas məqsədi problemi cəmiyyətə mədəniyyətin bir forması olan rəsmlər vasitəsi lə çatdırmaq və mövcud situasiya ilə bağlı insanlarda fikir formalaşdırmaqdır.






Xəbər lenti

Təqvim

«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR