İqtisadiyyat

Technol şirkəti Peşə Təhsil Mərkəzi ilə əməkdaşlığa başladı


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Technol şirkəti arasında genişmiqyaslı əməkdaşlığa dair memorandum imzalanıb. Əməkdaşlıq çərçivəsində müəyyən edilmiş sahələr üzrə ixtisaslı peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramları hazırlanacaq, təlimlər təşkil ediləcək, təhsilalanlara sahibkarlıq vərdişlərinin aşılanması, onların istehsalat təcrübə proqramlarında iştirak etməsi, müvafiq olaraq, bilik və bacaqırlarının qiymətləndirilməsi təmin ediləcəkdir.
Mərkəz həmçinin Technol əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında yaxından iştirak edəcək, eləcə də təhsil müəssisələrində müvafiq tədris proseslərinə cəlb etməklə yüksək ixtisaslı kadrların hazırlanmasında Şirkətə dəstək olacaqdır.
Ölkədə müasir tələblərə cavab verən rəqabətqabiliyyətli yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.
Technol, Azərbaycanda və Qafqaz regionunda ilk mühərrik və sənaye yağları istehsalçısıdır. Şirkətin başlıca fəaliyyət məqsədi dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etməkdir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR