Sumqayıtda hava

Manşet / Cəmiyyət

NAZİRDƏN ƏMR: Sumqayıt məktəblərinin məzunlarına 9 qızıl, 3 gümüş nişan


Təhsil naziri Emin Əmrullayev 2019-2020-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında əmr imzalayıb.
Əmrə əsasən, ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfər qızıl, 76 nəfər isə gümüş nişanla təltif olunub. 
Qaydalara əsasən, ümumi təhsil pilləsini xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş nişanla təltif olunurlar.
"Yenisumqayit.az" xəbər verir ki, qızıl və gümüş nişanlarl təltif olunan məzunlar arasında Sumqayıt şəhərində yerləşən məktəblərin məzunları da var. Belə ki aşağıda adları qeyd edilən 11-ci sinif məzunları qızıl nişanla təltif olunub:
1. Kazımov Abdullah Ramin oğlu – Sumqayıt şəhəri 4 nömrəli tam orta məktəb
2. Yusifov Kamal Ceyhun oğlu – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
3. Qasımov Toğrul Nahid oğlu – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
4. Qəniyeva Leyla Telman qızı – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
5. Qəribova Samirə Samir qızı – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
6. Məmmədli Nəsibə Asif qızı – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
7. Mustafazadə Murad Nadir oğlu – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
8. Süleymanova Firəngiz Ramil qızı – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
9. İsmayılova Sənubər Eyvaz qızı – Sumqayıt şəhəri 30 nömrəli tam orta məktəb
Aşağıda adları qeyd edilən 11-ci sinif məzunları isə gümüş nişanlarla təltif olunub:
1. Şərəfxanlı Ərturqut Nəsimi oğlu – Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb
2. Ramazanlı Murad Mahmud oğlu – Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəb
3. Əliyeva Aytac Rauf qızı – Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziya
Qızıl və gümüş nişana layiq görülmüş təhsilalanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR