Sumqayıtda hava

Elan

Təhsil Nazirliyinin "Bir" Tələbə-Proqramından təcrübə proqramı - ŞƏRTLƏR


Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Bir" Tələbə-Proqramı oktyabr ayından etibarən 3 aylıq təcrübə proqramına start verir.
Təcrübə proqramının məqsədi tələbə-könüllülərin bacarıqlarını təkmilləşdirilməsi, yeni biliklərə yiyələnmələri və təcrübə qazanmasına şərait yaratmaqdır. 
Təcrübə proqramında iştirak üçün aşağıdakı istiqamətlərdən biri üzrə müraciət edə bilərsiniz:
- Layihələrin idarə olunması;
- Təhsil müəssisələri ilə işin təşkili;
- Regionlar ilə işin təşkili;
- İctimaiyyətlə əlaqələr;
- Beynəlxalq əlaqələr.
Təcrübə proqramına qoşulmaq üçün şərtlər:
- 18-25 yaş aralığında olmalı;
- tələbə-könüllü olmalı;
- komanda ilə işləmə bacarığı;
- yenilikçi və interaktiv olması;
- təşkilatçılıq və idarəetmə bacarığı;
- işgüzar etiket haqqında məlumatlı olması;
- xarici dil biliyinin olması arzuolunandır;
- “Microsoft Office” proqramlarını bilməsi arzuolunandır.
Öz potensialını üzə çıxarmaq və komandamızın BİR üzvü olmaq istəyirsən?
Elə isə qeydiyyatdan keç və bizə qoşul!
ƏTRAFLI MƏLUMAT VƏ QEYDİYYAT
Son qeydiyyat tarixi: 30 sentyabr 18:00





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR