Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda yaxın qohumları koronavirusa yoluxanlar məktəbə buraxılmır


22 sentyabr 2020-ci il tarixinə olan məlumata görə, dərs ili başlayandan bu günədək Sumqayıt məktəblərində koronavirusa yoluxma aşkarlanmayıb.
Bu barədə Xeberle.com-a  Sumqayıt Təhsil Şöbəsindən məlumat verilib.
"Ötən günlər ərzində şagirdlər arasında məktəbdaxili yoluxma halına rast gəlinməyib. Gigiyena və Epidemiologiya Mərkəzindən yoluxma haqqında gündəlik aldığımız məlumat əsaasında müəllim və şagirdlərin, bütün işçi heyətinin qohumları, kontaktda olduqları şəxslərdə virus aşkarlanması olubsa onları məktəbə buraxmırıq.”
Sumqayıt Təhsil Şöbəsi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR