Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın rok qrupunun yeni albomu işıq üzü görüb


Azərbaycanın əfsanəvi “Yuxu” rok qrupunun yeni albomu işıq üzü görüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə sözügedən qrupun gitaristi Namiq Nağdəliyev məlumat verib. 
O, sosial şəbəkədə paylaşım edərək “Xəzərin sahilində” albomunun val versiyasının çıxdığını bildirib.
Qeyd edək ki, rok qrupu 1988-ci ildə İbrahim Emin tərəfindən Sumqayıtda yaranıb. “Yuxu”nun ilk mahnısı “Xəzərin sahilində” olub və onlara böyük şöhrət qazandırıb. Qrup fəaliyyətini 2001-ci ildə dayandırıb.
Qrupun yaradıcısı İ.Emin 2019-cu ildə vəfat edib. Namiq Nəğdəliyev isə Türkiyədə musiqi sahəsində fəaliyyətini davam etdirir, Kıraç, Funda Arar, Haluk Levent və digər bir çox ifaçılarla işləyir.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR