Sumqayıtda hava

Cəmiyyət

AFFA “Sumqayıt”ı cərimələdi


AFFA İntizam Komitəsinin iclası keçirilib. “Yenisumqayit.az” xəbər verir ki, iclasda Premyer Liqanın son turu ilə bağlı cəzalar bəlli olub:

- 19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Qəbələ” – “Keşlə” oyununda “Qəbələ” klubunun 32 nömrəli futbolçusu Nikolas Raysel qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
 
- 19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Qəbələ” – “Keşlə” oyununda “Keşlə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
 
- 19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Sumqayıt” – “Səbail” oyununda oyun öncəsi yanğınsöndürən nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur.
 
- 19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Sumqayıt” – “Səbail” oyununda “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
 
- 19.09.2020-ci ildə Premyer Liqanın III turunun “Sumqayıt” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
 
- 20.09.2020-ci ildə Premyer Liqanın III turunun “Zirə” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR