Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtlı idmançı İFL MMA turnirindən qələbə ilə döndü - FOTOLAR


Sentyabrın 20-də Bakıda IFL Beynəlxalq döyüş liqasının (İnternational Fighting League) təşkilatçılığı ilə MMA turniri keçirilib.
Yenisumqayit.az-ın məlumatına görə, turnirdə digər idmançılarla yanaşı Rövşən Veysəlov adına Sumqayıt Döyüş Klubunun yetirməsi Xəyal Qəhrəmanlı da iştirak edib. Superyüngül çəki dərəcəsində döyüşə qatılan Xəyal Qəhrəmanlı rəqibi üzərində qələbə qazanaraq uğurlu debüt edib.
Turnir 9 oktyabr, saat 23:00-da "Xəzər" telekanalında videoyazı şəklində göstəriləcək.
Rövşən Veysəlov adına Sumqayıt Döyüş klubu Sumqayıt şəhərində fəaliyyət göstərir. Klubun yetirmələri bir çox yerli və beynəlxalq əhəmiyyətli yarışmalarda uğurla çıxış ediblər. Klubun baş məşqçisi Rəşad Yaqubovdur. 
International Fighting League - Azərbaycanda ilk peşəkar MMA təşkilatıdır.







Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR