Sumqayıtda hava

Manşet / Cəmiyyət

Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirir - SON VƏZİYYƏT


Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin Ağdərədə yerləşən qərargahına zərbə endirilib”
Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib.
Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.
***
Azərbaycan Müdafiə Nazirliyi: “Düşmənin Füzuli istiqamətində yerləşən 4-cü taboru atəşə məruz qalıb”
Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub.
Düşmən canlı qüvvə və hərbi texnika baxımından xeyli sayda itki verib.
***
Tonaşendə düşmənin iki tankı məhv edilib – VİDEO
Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankı məhv edilib.
***
Düşmənin ehtiyat qüvvələri məhv edilib - VİDEO
Qoşunlarımızın zərbələrinə məruz qalan Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taboru ağır itkilərə məruz qaldığından komandanlıqdan təcili surətdə kömək istəyib. Köməyə gələn ehtiyat qüvvələr tərəfimizdən aşkar olunaraq atəş zərbəsi ilə məhv edilib.
***
Azərbaycan Müdafiə Nazirliyi: “Alayın komanda məntəqəsinə atəş zərbəsi endirilib”
Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının 41-ci əlahiddə alayının komanda məntəqəsinə atəş zərbəsi endirilib.
Qoşunların idarə edilməsi tam pozulub. Şəxsi heyət arasında çoxlu sayda ölən və yaralanan var. Alayın komandanlığı yaralıların təxliyəsi üçün kömək istəyir.
***
Azərbaycan Müdafiə Nazirliyi: “Tonaşendə yerləşən erməni taborunun şəxsi heyəti müdafiə mövqelərini tərk edərək qaçır”
Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçır.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR