Manşet / Cəmiyyət

Sumqayıt sakinlərindən ALİ BAŞ KOMANDANA TƏŞƏKKÜR MƏKTUBLARI


Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyunca Azərbaycana qarşı silahlı təxribatına qarşılıq olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarında əldə olunan müvəffəqiyyətlər Azərbaycan və dost ölkələrin vətəndaşları tərəfindən sevinclə qarşılanır.
Vətəndaşlar sevinc hisslərini Prezident İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər. "Yenisumqayit.az" Sumqayıt şəhər sakinlərinin dövlət başçısına yazdığı məktublardan bir neçəsini təqdim edir:
Əhmədov Rəhəd Azər oğlu:
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Sizin dəfələrlə xəbərdarlığınıza baxmayaraq, mənfur qonşularımız atəşkəsi pozmaqdan, mülki vətəndaşlarımızı öldürməkdən çəkinmədilər. Ordumuzun düşmənin ön xəttini bir neçə saata darmadağın etməsi göstərdi ki, bizim üçün işğalçıları torpaqlarımızdan təmizləmək çox asandır. İllərdir həsrətlə gözlədiyimiz günləri bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkür edirik. Bu günə qədər müxtəlif beynəlxalq tribunalardan düşmənə verdiyiniz layiqli cavabları bu gün igid Azərbaycan əsgəri döyüş meydanlarında reallığa çevirir. Cəbhədən aldığımız qələbə xəbərləri ilə duyduğumuz qürur hissini sözlə ifadə etmək mümkün deyil. Şanlı ordumuz əzəli və əbədi torpaqlarımızı qaytarmaq, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün qəhrəmancasına vuruşur. Biz inanırıq ki, üçrəngli bayrağımızın Xankəndidə, Şuşada eləcə də, doğma torpağım olan Qubadlıda dalğalanacağı günlər yaxındır. Azərbaycan xalqı hər zaman olduğu kimi, indi də Sizin yanınızdadır, cəbhədə vuruşan əsgərlərin sırasına qoşulmaq üçün əmrinizi gözləyir. Biz Sizin qətiyyətinizə, uzaqgörənliyinizə, mətinliyinizə tam inanırıq və güvənirik. Allah Sizi və Azərbaycan xalqını qorusun.
***
Aytən Quliyeva:
Hörmətli cənab Prezident.
Xalqımız Sizinlədir. Bizi sevindirdiyinizə görə Sizə, Mehriban xanıma və ailənizə dərin minnətdarlığımı bildirirəm. Biz xalq olaraq Sizin yanınızdayıq. Allah əsgərlərimizi qorusun, şəhidlərimizə isə rəhmət diləyirik. Sizin sayənizdə bu sevinci bütün xalq yaşayır. Allah Sizi qorusun.
***
İlham Ağayev:
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan.
Milli Ordumuza azadlıq mübarizəsinə başlamaq əmri verdiyinizə görə Sizə təşəkkür edirəm. Şanlı Ordumuzun dörd gün ərzində qazandığı uğurlara görə Sizi qəlbən təbrik edirəm. Müharibənin ilk günündən Sizin qətiyyətiniz, mahir komandanlıq istedadınız bütün türk dünyasını valeh edib. Bizim apardığımız müharibə ədalətli müharibədir, torpaqlarımızı tezliklə yağı düşməndən azad edəcəyik. Tanrı Sizə, xalqımıza, dövlətimizə və ordumuza yar olsun.
***
Üzeyir Mehrəliyev:
Möhtərəm cənab Prezident.
Hazırda gedən döyüşlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu bizim Vətən mübarizəmizdir. Biz hər zaman Sizin yanınızdayıq, hər zaman Sizinlə qürur duyuruq.





Xəbər lenti

Təqvim

«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR