Sumqayıtda hava

Cəmiyyət

Yerli silah və sursatlar erməni təxribatı nəticəsində başlamış müharibədə sınaqdan keçirilir


Müdafiə Sənayesi Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin yüksək texnoloji keyfiyyətlərə cavab verən müasir silah və hərbi texnika ilə təmin olunması istiqamətində işləri fəal şəkildə davam etdirir. Uğurlu döyüş əməliyyatları verilən qərarların düzgün olduğunu bir daha sübut edib.
Nazirlikdən verilən məlumata görə, gərgin döyüşlərin getdiyi vaxtda Azərbaycan Silahlı Qüvvələrini dəstəkləmək, Ordunu lazımi silah və hərbi texnika ilə təmin etmək məqsədilə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejiminə keçib.
Bundan əlavə, təmir və bərpa işlərinin vaxtında və operativ şəkildə icrasını təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyinin göstərişi ilə döyüş zonalarına yaxın yerlərdə müvafiq təmir bazaları təşkil edilərək, onların cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyəti təmin olunur.
Tabeli qurum və müəssisələrdə hazırlanan müasir silah və sursatlar erməni təxribatı nəticəsində başlamış yeni müharibədə ilk dəfə sınaqdan keçirilir. Dövlət başçısının göstərişi ilə artıq uzunmüddətli hərbi əməliyyatlar üçün nəzərdə tutulmuş güclü ehtiyat hərbi silah və sursat bazası yaradılıb.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR