Cəmiyyət
Sumqayıt sakinləri PREZİDENTƏ yazır: "Qələbə gününü səbirsizliklə gözləyirik."
Sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin bütün cəbhə boyunca Azərbaycana qarşı silahlı təxribatına qarşılıq olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatlarında əldə olunan müvəffəqiyyətlər Azərbaycan vətəndaşları tərəfindən sevinclə qarşılanır.
Vətəndaşlar sevinc hisslərini Prezident İlham Əliyevə yazdıqları məktublarda ifadə edirlər. "Yenisumqayit.az" Sumqayıt şəhər sakinlərinin dövlət başçısına yazdığı məktublardan bir neçəsini təqdim edir:
2-ci sinif şagirdi Məmmədli Nur:
Hörmətli dövlət başçımız.
Öncə Sizi salamlayıram. Biz hər gün televizorda Sizi izləyirik və Sizdən şad xəbərlər eşidəndə çox sevinirik. İnşallah, doğma torpaqlarımız yenidən bizim olar.
Mənim əmim də cəbhə bölgəsindədir. Təyyarəçidir. Biz öncə Sizə və daha sonra Vətənimizi qoruyan igid əsgərlərimizə arxayınıq.
Qarabağ bizimdir, bizim olacaq!
***
Məmmədov Əlican:
Hörmətli cənab Prezident,
Sizə bu məktubu yazmaqla, bizə yaşatdığınız sevinc hisslərinə görə dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizə bu haqq işinizdə yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Bütün xalqımız Sizi sevir və dəstəkləyir.
Vətənimizin Qələbə gününü səbirsizliklə gözləyirik. İnanırıq ki, tezliklə doğma torpaqlarımız işğaldan azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq.
Mən Sizinlə fəxr edirəm. Allah Sizə cansağlığı versin! Azərbaycan Ordusuna isə zəfər qazanmasını arzu edirəm.
***
Hacı Zeynalabdin qəsəbəsinin Ağsaqqallar Şurasının sədri Qafarov Arif:
Hörmətli cənab Prezidentimiz,
30 ilə yaxındır ki, doğma torpaqlarımız mənfur düşmən tapdağı altındadır. Ana Vətən hər gün, hər saat bizi onun azadlığına çağırırdı.
Bu gün Sizin əmrinizlə şanlı Ordumuz əks-hücuma keçərək, zəbt olunmuş ərazilərimizi addım-addım azad edir. Buna görə, Hacı Zeynalabdin qəsəbəsinin sakinləri adından Sizə, müzəffər Ordumuza Allahdan cansağlığı və yeni daha böyük uğurlar arzu edirik.
Əminik ki, tezliklə əzəmətli bayrağımız Qarabağda, Şuşamızda dalğalanacaq və Siz bütün xalqımızı böyük Qələbə ilə təbrik edəcəksiniz.
***
Quliyev Ramin Bahadur oğlu:
Cənab Ali Baş Komandan, hörmətli Prezident,
Mən çox qürurla və sevinclə Sizin şücaətli, sağlam siyasətinizi dəstəkləyirəm. Sizə, xanımınıza və ətrafınıza “halal olsun!” deyirəm.
Cənab Prezident, televiziyanı müntəzəm izləyərək apardığınız uğurlu siyasətinizə sevinərkən bəzən hiss və həyəcanımı saxlaya bilmirəm. Nə yaxşı ki, varsınız, Allah Sizi xalqımıza çox görməsin.
Hörmətli Prezident, mən hər gün dua edirəm ki, apardığınız işlər uğurla və qələbə ilə başa çatsın. İnanıram ki, yürütdüyünüz ədalətli və haqlı siyasətin qarşısında heç bir qüvvə tab gətirə bilməyəcək. Bu mübarizəni başlatmaqla çox düz iş gördünüz və düşmənin cavabını layiqincə verirsiniz. Şəhidlərin qanı yerdə qalmayacaq deyə şəhid analarının sevincinin həddi-hüdudu yoxdur.
Cənab Ali Baş Komandan! Baxmayaraq ki, 3 azyaşlı övlad atasıyam, Sizin bircə çağırışınızla Vətən üçün canımdan belə keçməyə hazıram!
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!
***
Raifə Xudiyeva:
Mənim əziz Prezidentim, Ali Baş Komandanım.
Yaxşı ki, Siz bizim Prezidentimizsiniz. Sizinlə bütün Azərbaycanımız qürur duyur. Mən otuz ildən çoxdur ki, 21 nömrəli məktəbdə müəllim işləyirəm. Az-çox vətənpərvər igidlərimizin yetişməsində mənim də payım var desəm, yanılmaram. Bu gün həmin şagirdlərimiz Vətənimiz uğrunda canlarını fəda edirlər. Allah Sizi də, onları da, xalqımızı da qorusun. Var olun, cənab Prezidentim. Mən xərçəng xəstəliyindən əziyyət çəksəm də, daha ölməkdən qorxmuram. Bir arzum var. Allah mənə Şuşada, Xankəndində Azərbaycan Bayrağının dalğalandığı günü görməyi qismət eləsin. Amin.
Hörmətli Prezidentimiz, var olun. Allah Sizi, xanımlar xanımı Mehriban balamı və ailənizi var eləsin. Atanız Heydər Əliyevin ruhu da bizim kimi şaddır. Sevincim ürəyimə sığmır. Allah Vətənimi, Sizi qorusun, bədnəzərdən saxlasın. Sizi sevirik. Hər çıxışınızı hava və su kimi gözləyirik. İnşallah, yenə də şad xəbərlərlə bizi sevindirərsiniz.
***
Vüsal Tağıyev:
Cənab Ali Baş Komandan.
Ulu öndər Heydər Əliyevin və Sizin Azərbaycan xalqı üçün elədiyi yaxşılıqlar heç vaxt unudulmayacaq. Allah Sizin və Ordumuzun üstündən öz köməyini əsirgəməsin. Ordumuzun zəfəri münasibətilə Sizə, Azərbaycan xalqına və mərd döyüşçülərimizə ailəm adından böyük minnətdarlığımı bildirirəm. Bu müqəddəs yolda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Amin.
Əziz Prezidentimiz, televiziyadan Qələbə xəbərini verən günü atam ayağa qalxaraq ekranda Sizin alnınızdan öpdü. Allah nəsib eləsə, bu Qələbə münasibətilə Sizi görəndə əlinizdən öpəcəyəm. Digər Qələbə xəbərlərini də Sizdən gözləyirik.
Yaşasın Azərbaycan! Yaşasın əbədi Prezidentimiz!
***
Ehtiyatda olan baş leytenant Fizuli Qəhrəmanov:
Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Sizin kimi müdrik dövlət başçısı və cəsarətli Ali Baş Komandan hər ölkəyə, hər dövlətə qismət olmur. Mən Sizinlə fəxr edirəm. Otuz ilə yaxındır ki, işğal altında olan doğma torpaqlarımızı düşməndən azad etmək üçün şanlı Azərbaycan Ordusu döyüşür və zəfərə dogru irəliləyir. Əks-hücum əməliyyatları zamanı mənfur düşmənə layiqli cavablar verilir. Bütün bunlara görə Sizə və ailənizə ən xoş arzularımı, ən dərin minnətdarlığımı və təşəkkürümü bildirirəm. Sizin son günlərdə verdiyiniz hər şad xəbər, Ordumuzun hər bir uğuru ürəyimizə böyük bir fərəh gətirir.
Mən Ordumuzla fəxr edirəm. Yaşasın Azərbaycan Ordusu!
***
Əlmurad Verdiyev:
Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Sizə yazdığım bu məktub göz yaşları ilə doludur. Bu məktub, eyni zamanda, 1993-cü ildə Cəbrayıl rayonunda şəhid olmuş əmimin, həmin döyüşlərin qazisi olmuş atamın dilindən yazılmış bir məktubdur.
Valideynlərimin doğulduqları torpaqların düşməndən azad edilməsi xəbərini eşidərkən keçirdikləri hisslər, sevinc göz yaşları məni çox duyğulandırdı. Bu zəfər Sizin güclü siyasətiniz, uzaqgörən diplomatiyanız sayəsində mümkün olmuşdur.
Məcburi köçkün ailəsi olaraq biz Sizin dəstəyinizi hər an hiss etmişik. Qayğınızı bizlərin üstündən bir dəfə belə əskiltmədiniz. Ən yüksək səviyyədə bizim üçün hər cür imkan yaratdınız. Bütün bunlar insanı çox qürurlandırır.
Siz bizlərə bir valideyn kimi daim diqqət göstərir, hər zaman gənclərin yanında olursunuz.
Ordumuzun Ali Baş Komandanı olaraq, döyüşlərdə canlı qüvvə itkisini bacardıqca azaltmağa çalışmanğınız cəbhədə vuruşan igidlərimizə verdiyiniz böyük dəyərin təcəssümüdür. Torpaqlarımızın azad edilməsi xəbərlərini söyləyərkən üzünüzdəki səmimi sevinc isə doğma Vətənə nə qədər bağlı olduğunuzun bariz göstəricisidir. Sizin qətiyyətiniz sabaha inamımızı möhkəmləndirir.
Biz Sizinlə fəxr edirik, cənab Prezidentim. Sizə və bu şərəfli yolda Sizə dəstək olan hər bir kəsə sonsuz minnətdarlığımı bildirirəm.
Uca Tanrı Vətənimizi və Vətən uğrunda mübarizə aparan hər bir kəsi qorusun!

Bu bölmədə bənzər xəbərlər
- Sumqayıt sakinlərindən ALİ BAŞ KOMANDANA TƏŞƏKKÜR MƏKTUBLARI
- Sumqayıt sakinləri Prezidentə təşəkkür edir - MƏKTUBLAR
- Sumqayıtlılar Prezidentə nə yazırlar? - MƏKTUBLAR
- Sumqayıt sakinlərindən Prezidentə məktub: "ƏMRİNİZİ GÖZLƏYİRİK"
- Ramil Səfərovun atası Prezidentə təşəkkür etdi
- Sumqayıt məktəblilərindən Prezidentə MİNNƏTDARLIQ MƏKTUBLARI
- Sumqayıtlılar Prezidentə nə yazırlar? - MƏKTUBLAR
- İlham Əliyev: “Gənc nəsil də bilməlidir ki ...”
- Cəbhədə düşmən təxribatının qarşısı alındı, şəhidlərimiz var
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- Yanvarın 14-də gözlənilən hava şəraiti
- Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
Xəbər lenti
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- 17:25
Dekabrın 15-də gözlənilən hava şəraiti
- 17:25
Azərbaycanda Zəfər və Anım günləri təsis edilib
- 17:06
Dekabrın 3-də gözlənilən hava şəraiti
- 17:04
“Təmiz Sumqayıt” layihəsinə start verilir
- 16:59
Şuşaya aparan yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
- 16:54
Yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb
- 16:43
Akar: Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır
- 12:35
IBA Tech Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR
- 16:01
Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
- 15:49
Bu şəxslər sabahdan tərxis ediləcək - SƏRƏNCAM
- 15:27
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
- 12:03
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
- 11:52
Tanınmış vəkil koronavirusdan vəfat etdi
- 11:22
Sumqayıt Dövlət Universitetinin məzunları adlarını tarixə yazdılar
- 11:01
STP kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
- 17:26
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti VİDEOGÖRÜNTÜSÜ
- 17:21
Vaksinoloq: Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz
- 17:10
Deputat: Azı 10 min yaralımız var.
- 17:04
Azərbaycana daha 5 zubr gətirildi
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)