Sumqayıtda hava

Cəmiyyət

Milli poçt operatorundan vətəndaşlara çağırış: ƏSGƏRƏ MƏKTUB YAZ!


Azərbaycanın yeganə milli poçt operatoru olan “Azərpoçt” MMC vətəndaşları xalqımıza qürur və qalibiyyət hissi yaşadan əsgərlərimizə öz duyğularını kağız və qələm vasitəsilə bildirməyə çağırır.
“Azərpoçt” Azərbaycan Silahlı Qüvvələrinə mənəvi dəstək olaraq “Əsgərə məktub” layihəsi çərçivəsində məktub yazmaq ənənəsinə sadiq qalaraq öz hisslərini kağız üzərinə köçürməyi və ordumuza ismarlamağı tövsiyə edir.
Əsas məqsəd Azərbaycan vətəndaşının onu qələbə xəbərləri ilə sevindirən əsgərinə, ordusuna ehtiram və diqqətini kağıza köçürüb igid əsgərlərimizə çatdırmaqdır.
Vətəndaşlar “Azərpoçt” MMC-nin respublika üzrə bütün poçt şöbələrinə və “Şəbəkə” xidmət mərkəzlərinə yaxınlaşaraq əsgərlərimizə məktub göndərə bilərlər.
Göndərilən hər bir məktub ön cəbhədə xidmət edən əsgərlərimizə ödənişsiz çatdırılacaq.
Azərbaycan Ordusu sentyabrın 27-dən başlayaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını alaraq əks-hücum əməliyyatları həyata keçirir. Uğurlu əməliyyatlar nəticəsində işğal altındakı bir sıra ərazilərimiz azad olunub. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR