Sumqayıtda hava

İqtisadiyyat

Operativ Qarargah koronavirusla bağlı sahibkarlara tövsiyə edib


Azərbaycanda “Covid -19” virusuna yoluxma hallarının sürətlə artması, xüsusilə son günlərin statistikası xüsusi karantin rejiminin qaydalarında bəzi dəyişikliklərin edilməsi zərurətini yaradıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, sahibkarlıq fəaliyyətinə olan məhdudiyyətlər aradan qaldırılıdığına görə fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində çalışan şəxslər tam heyətlə işə cəlb edilir. Bu isə ictimai nəqliyyatın həddindən artıq yüklənməsinə, iş yerlərində karantin qaydalarına əməl olunmasında problemlərin yaranmasına, ticarət və xidmət obyektlərində sıxlığa gətirib çıxarır.
Yaranmış vəziyyəti nəzərə alaraq Operativ Qarargah özəl sektorda fəaliyyət göstərən müəssisələrə tövsiyə edir:
- Zəruri hesab edilən işçi heyətini məhdud sayda işə cəlb etsinlər və digər işçilərin maksimum məsafədən işləməsini təmin etsinlər;
- Ən zəruri hallar istisna olmaqla 65 yaşdan yuxarı əməkdaşlar əməkhaqqı saxlanmaqla müvəqqəti olaraq işə cəlb olunmasın.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR