Sumqayıtda hava

Cəmiyyət

Azərbaycanda təhsil müəssisələrində tətil elan olundu


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 396 №li Qərarına əsasən:
Azərbaycan Respublikasının ərazisində 2020-ci il 19 oktyabr tarixindən 2 noyabr tarixinədək:
- məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələri istisna olmaqla, bütün təhsil müəssisələrində əlavə tətil günləri (ümumi təhsil müəssisələrində payız tətili ilə əvəz olunmaqla) müəyyən edilir;
- məktəbəqədər, məktəbdənkənar və əlavə təhsil müəssisələrinin fəaliyyəti dayandırılır.
Təhsil Nazirliyinə, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanlarına, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə və özəl təhsil müəssisələrinin təsisçilərinə Qərarın icrası ilə bağlı zəruri tədbirlərin görülməsinin təmin edilməsi tapırılır.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2020    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

KATEQORIYALAR