Manşet / Cəmiyyət

"Sumqayıt" FK "Zirə" üzərində inamlı qələbə qazandı


Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub. "Sumqayıt" FK bu turda "Kapital Bank Arena"da "Zirə" ilə qarşılaşıb. Ayxan Abbasovun yetirmələri Rəhim Sadıxov və Tellur Mütəllimovun qolları ilə 2:1 hesablı qələbə qazanıb.
"Sumqayıt" FK 7-ci turda səfərdə "Sabah"la qarşılaşacaq. Oktyabrın 25-də "Bank Respublika Arena"da keçiriləcək matçın start fiti saat 14:00-da veriləcək.
"Sumqayıt" FK-nın baş məşqçisi Ayxan Abbasov:
"Döyüş bölgəsində olan əsgərlərimizə uğurlar arzu edirik. Həqiqətən də bu gün futbol bizim üçün ikinci plandadır. Son günlərdə baş verən Gəncə hadisəsi də bizi çox üzdü. Komandamı bu hadisələrin fonunda oyuna hazırlamaq çətin idi. Rəqib haqda ətraflı məlumata malik idik. Əzmkar komandadırlar və 10 xalı təsadüfən yığmayıblar. Maksimum çalışdıq ki, yaxşı oynayaq, qələbə qazanaq. Yolumuza inamla davam edəcəyik".





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR