Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt" klubu öz rekordunu yenilədi


Azərbaycan Premyer Liqasının lideri “Sumqayıt” klub tarixinin rekorduna imza atıb.
"Gənclik şəhəri” təmsilçisi indiyədək heç vaxt çempionatda belə uğurlu start götürməyib.
Komanda 6 turdan sonra 11 xal toplamaqla öz rekordunu yeniləyib. Nəzərinizə çatdıraq ki, “Sumqayıt” FK bunadək startdakı 6 turda 2018/19 mövsümündə 10, 2014/15 mövsümündə 9 xal qazanıb.
Premyer Liqanın 6-cı turu çərçivəsində keçirilən Sumqayıt - Zirə matçında 2020/2021 mövsümünün 50-ci qolu qeydə alınıb. Həmin qol “10 nömrə” Rəhim Sadıxovun 30-cu dəqiqədə vurduğu qola təsadüf edib. Ümumilikdə, cari mövsümün baş tutan 23 qarşılaşmasında 52 top vurulub. Orta məhsuldarlıq 2,26-ya bərabərdir.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR