Sumqayıtda hava

Cəmiyyət

Dövlət Sərhəd Xidmətinə BTR hədiyyə edildi - FOTOLAR


Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevi və şəxsi heyəti Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib.
"Qafqazinfo" xəbər verir ki, Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb:
Müdafiə Sənayesi Nazirliyinin bütün əməkdaşları bu tarixi hadisənin sevincinə qoşularaq Dövlət Sərhəd Xidmətinə Təkmilləşdirilmiş BTR-70M tipli zirehli nəqliyyat vasitəsi hədiyyə edib. Döyüş maşınının ön hissəsində və sağ tərəfində “İLHAMLA İRƏLİ!”, sol tərəfində isə “XUDAFƏRİN BİZİMDİR!” sözləri yazılıb.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR