Sumqayıtda hava

İqtisadiyyat

Azərbaycan 8,8 milyon dollarlıq karbamid ixrac edib


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 59,136 min ton azot gübrəsi ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 8,8 mln ABŞ dolları təşkil edib.
Doqquz ay ərzində azot gübrəsinin qeyri-neft sektoru üzrə ixracda payı 0,69% olub.
Azot gübrəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa olunmuş “SOCAR Karbamid” zavodunda istehsal edilir. Zavod 2019-cu il yanvarın 16-da istifadəyə verilib, il ərzində 435 milyon kubmetr təbii qazdan xammal kimi istifadə etməklə, 650-660 min ton karbamid istehsal etmək gücündədir.
İstehsal həcminin 70%-i ixrac üçün nəzərdə tutulur.





Xəbər lenti

Təqvim

«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR