İqtisadiyyat

İşəgötürənlər üçün “Açıq qapı” günü

İşəgötürənlər üçün “Açıq qapı” günü


Sağlam və təhlükəsiz əmək şəraiti işçi amilinə diqqət və qayğının real ifadəsi olmaqla, iş yerlərində işgüzar fəallığın, məhsuldarlığın yüksəlməsi, nəticə etibarilə iqtisadi inkişafın təmin edilməsi baxımından da olduqca vacibdir.

Bu fikir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində fevralın 2-də Sumqayıt şəhəri və Xızı rayonunun işəgötürənləri üçün keçirilən “Açıq qapı” günündə vurğulanıb.

Əməyin mühafizəsi, istehsalatda bədbəxt hadisələrdən qorunmaq üçün qabaqlayıcı tədbirlər, bu sahədə tənzimləyici normativ-hüquqi aktlar barədə işəgötürənlər ətraflı məlumatlandırılıb. Bildirilib ki, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına, peşə risklərinin düzgün qiymətləndirilməsinə, habelə iş yerlərinin attestasiyasının vaxtında və keyfiyyətlə aparılmasına işəgötürənlər tərəfindən daim xüsusi diqqət yetirilməlidir. Bu sahədə əmək qanunvericiliyinin tələblərinə əməl olunmaması istehsalatla əlaqəli bədbəxt hadisələrə zəmin yaratmaqla, işçilərin həyat və sağlamlığını təhlükə altında qoyur.

Tədbirdə həmçinin ölkədə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində görülən işlər, əməyin mühafizəsi sahəsində dövlət siyasəti, iş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına dövlət nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə iştirakçılara geniş məlumatlar verilib. İşəgötürənlərin iş yerlərində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.

İşəgötürənlər üçün “Açıq qapı” günü

İşəgötürənlər üçün “Açıq qapı” günü





Xəbər lenti

Təqvim

«    May 2021    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR