Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsindən azad edilib


Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov tutduğu vəzifədən azad edilib.
APA-nın məlumatına görə, bununla bağlı Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov əmr imzalayıb.
M.Şükürov 2015-ci ildən Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin rəisi, daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsində çalışırdı.
O, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülüb.
Onun yerinə hələlik təyinat olmayıb.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR