Hadisə

Qubada 20 Sumqayıt sakini saxlanıldı


Qubada karantin qaydalarını pozaraq qonaqlıq məclisi təşkil edənlər məsuliyyətə cəlb olunublar.
Oxu.az-ın məlumatına görə, Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları rayonun Afurca kəndi ərazisində xidmət aparan zaman kənd sakini Ramin Mustafayevə məxsus evin həyətyanı sahəsində qonaqlıq məclisi təşkil edildiyini aşkarlayıblar. Məclis dərhal dayandırılıb.
Ev sahibi və məclisdə iştirak edən 20 nəfər Sumqayıt şəhər sakini saxlanılaraq RPŞ-yə gətiriliblər. Onlarla izahedici söhbətlər aparılıb və hər biri inzibati qaydada məsuliyyətə cəlb olunub.





Xəbər lenti

Təqvim

«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR