Manşet / Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb

Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb


Təlimlərə 15000 nəfərədək şəxsi heyət cəlb edilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən fevralın 2-də Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi altında Silahlı Qüvvələrin bütün qoşun növlərinin cəlb olunması ilə irimiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Təlimlərə 15000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir hava hücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri cəlb edilib.

Ali Baş Komandanın göstərişinə əsasən təlimlər zamanı birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə ehtiyatda olan 5000 nəfərədək hərbi vəzifəli və 300-ə yaxın avtomobil texnikası təlimdə iştirak edir.

Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb


Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb


Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb


Azərbaycan Silahlı Qüvvələri irimiqyaslı təlimlərə başlayıb





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR