Sumqayıtda hava

Cəmiyyət

"Sumqayıt” qəzetinin baş redaktoru vəfat edib


Sumqayıt mətbuatına ağır itki üz verib.
Xeberle.com-un məlumatına görə, "Sumqayıt” qəzetinin baş redaktoru Qüdrət Məlikov 79 yaşında vəfat edib.
Qüdrət Məlikov 1941-ci ildə Sabirabad şəhərində anadan olub. 1968 - ci ildə ADPU-nin filologiya fakültəsini bitirib. 1969-cu ildən jurnalist ixtisası üzrə işləyir. Uzun illərdir ki, "Sumqayıt” qəzetinin baş redaktoru idi.
Azərbaycanda ilk mətbu orqanı olan "Əkinçi" qəzetinin naşiri Həsənbəy Zərdabi nəslindən olan Qüdrət Məlikov saysız-hesabsız publisistik yazıların və oçerklərin müəllifidir.
Şeirləri respublikanın dövri mətbuatında, "Sumqayıt - 50", "Bu yurdun aşılmaz dağları qala", "Sevgi məktubları", "Bizdən sizə qalan sözdür", "Bu da bir ömürdü", "Həzin nəğmələrdə yaşayan şəhər" almanax və toplularında çap olunub. "Unuda bilməzsən məni", "Səni ürəyimdə yaşadacağam" və başqa kitabların müəllifidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Həsənbəy Zərdabi mükafatı və "Qızıl qələm" media mükafatı laureatıdır. "Zərdabi diplomu" ilə təltif olunub.
1991-ci ildə SSRİ Jurnalistlərinin 7-ciqurultayının nümayəndəsi olub.
2005-ci ildə Azərbaycan milli mətbuatının 130 illiyi münasibətilə Əməkdar Jurnalist fəxri adına layiq görülüb.
Sumqayıt şəhərinin 60 illiyi münasibəti ilə 16 noyabr 2009-cu ildə "Tərəqqi" medalı ilə təltif olunub.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR