Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda tibbi maskasız sürücü və sərnişinlər cərimələndi - FOTOLAR


Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində koronavirus (COVID-19) infeksiyanın yayılmasının, onun törədə biləcəyi ağır fəsadların qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, yol polisləri tərəfindən Sumqayıt şəhəri ərazisində ictimai nəqliyyata qoruyucu tibbi maskadan istifadə etməyərək daxil olan şərnişinlər və sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilirlər. Həmçinin Sumqayıt şəhər avtovağzalında və şəhərin çıxış nöqtələrində yaradılan mobil postlar vasitəsilə paytaxt istiqamətində hərəkət edən avtobuslarda sərnişinlərin karantin qaydalarına əməl edib-etmədiklərinə nəzarət olunur. Sumqayıt avtovağzalında tibbi maskası olmayan sərnişinlərin avtobuslardan istifadə etməsinin qarşısı alınır.
Həmçinin ictimai nəqliyyatda yol polisləri tərəfindən insanlar arasında daim profilaktik söhbətlər aparılaraq onlara sanitar-epidemioloji normalara əməl etməyin, sosial məsafənin təmin edilməsinin, eləcə də tibbi maskadan istifadənin zəruriliyi barədə tövsiyələr verilir.
Sumqayıt şəhərində karantin qaydalarına əməl olunmasını təmin etmək məqsədilə nəzarət-profilaktik tədbirlər mütəmadi davam etdiriləcək.
Xüsusi karantin rejiminin müddəti 2 noyabr saat 06:00-dək uzadılıb.






Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR