Sumqayıtda hava

Cəmiyyət

Sumqayıt Regional Mədəniyyət İdarəsinə rəis təyin olundu


Sumqayıt Regional Mədəniyyət İdarəsinə yeni rəis təyin olunub
Xeberle.com-un məlumatına görə, Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun əmri ilə Əliyev Rəşad Rahib oğlu Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin olunub.
R.Əliyev bu təyinatadək Mədəniyyət nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Mehman Şükürov bir müddət öncə tutduğu vəzifədən azad olunmuşdu.





Xəbər lenti

Təqvim

«    Dekabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR