Sumqayıtda hava

Manşet / Cəmiyyət

Paşinyan Qarabağ sazişini imzaladı


Ermənistanın baş naziri Paşinyan Qarabağda hərbi əməliyyatları dayandıran bəyanata qol çəkib.
Modern.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı bəyanata Paşinyan ilk vaxtlar qol çəkməmişdi.
Ermənistanın Qarabağ döyüşlərində məğlubiyyətini rəsmiləşdirən həmin müqavilə ilə bağlı Paşinyan açıqlama verib.
“Əgər müharibəni dayandırmasaydıq, döyüşlərdə minlərlə əsgərimiz mühasirəyə düşəcəkdi. Xankəndi, Əsgəran, Xocavənd böyük ehtimalla əldən veriləcəkdi. Şuşanı isə geri qaytarmaq üçün 2 hücum cəhdimiz oldu. İlk hücum uğursuzluqla bitdi, ikinci hücum zamanı isə dəstələrdən biri şəhərə daxil ola bildi. Məhz buna görə, şəhərin itirilməsi ya əldə saxlanılması barədə ziddiyyətli xəbərlər verilirdi”.
Paşinyan “Çiçəklənən Ermənistan” partiyasının sədri Qaqik Tsarukyanı da ittiham edib. Belə ki, Paşinyan ən böyük müxalifət fraksiyasının rəhbərinin ilk günlərdən könüllülərdən ibarət hərbi birləşmə yaratdığını elan etsə də, həmin şəxslərin cəbhəyə yola düşmədiyini xatırladıb.





Xəbər lenti

Təqvim

«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR