Sumqayıtda hava

Siyasət

Tahir Mirkişili: Göydə Allaha, yerdə cənab prezidentə təşəkkür edirəm.


Ali Baş Komandan İlham Əliyevin noyabrın 10-da xalqa qələbə müjdəsini verəndən sonra hər yerdə böyük izdiham müşahidə olunur. İnsanlar Qarabağın işğaldan azad olunmağını qeyd edirlər.
Qələbə sevincini qeyd edənlər arasında Milli Məclisin deputatları da var. Dünən parlamentarilər Şəhidlər Xiyabanından başlayaraq qələbə yürüşü keçiriblər.
Modern.az Milli Məclisin deputatlarının qələbə təəssüratlarını öyrənməyə çalışıb.
42 saylı Sumqayıt 2-ci seçki dairəsindən Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili həyatda qalibiyyət qədər şirin heç bir hissin olmadığını bildirib:
“Göydə Allaha, yerdə isə cənab prezident İlham Əliyevə təşəkkür edirəm. Biz neçə ildir ki, bu qələbəni gözləyirdik. Allah Azərbaycan ordusunu, xalqını və dövlətini qorusun, şəhidlərimizə rəhmət eləsin!”.





Xəbər lenti

Təqvim

«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR