Cəmiyyət

Azərbaycan Türkiyənin genişmiqyaslı ağacəkmə aksiyasına qoşuldu


Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyasına Azərbaycan da qoşulub.
Aksiya çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Azərbaycanın bütün bölgələrində bu gün on minlərlə Eldar şamı, palıd, çinar, zeytun ağacları əkilib və meşəcinsli ağac toxumları səpilib.
Türkiyə və Azərbaycanın dövlət rəsmilərinin iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyinin tərəfdaşlığı ilə Abşeron yarımadasının Xocasən qəsəbəsində də kütləvi ağacəkmə aksiyası keçirilib. Aksiyada 11 hektar ərazidə 11 min müxtəlif cinsli ağac əkilib.
ETSN-nin təşkilatçılığı ilə ağacəkmə tədbirləri həm də Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də baş tutub, əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.3






Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR