Manşet / Cəmiyyət

Sürücülərə şad xəbər

Sürücülərə şad xəbər


Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyevin verdiyi məlumata görə, Ziya Bünyadov (keçmiş Dərnəgül) prospektində aparılan təmir işləri yekunlaşıb.
"Yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti üçün açıqdır. Hazırda prospektin müəyyən hissələrində son xətləmə və yol nişanlarının qoyulması üzrə işlər aparılır. Bu işlər də yaxın 10-15 gün ərzində tamamlanacaq", - P.Mürsəliyev bildirib.
Qeyd edək ki, Z.Bünyadov prospektində təmir işləri Böyükşor yol qovşağından Xutor dairəsinədək 9,2 km uzunluğunda aparılıb.
(ANS PRESS)





Xəbər lenti

Təqvim

«    İyun 2021    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

KATEQORIYALAR