Sumqayıtda hava

Cəmiyyət

Noyabrın 17-də gözlənilən hava şəraiti


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.
Abşeron yarımadasında gecə 5-8, gündüz 9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək  772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.
Yarımadada tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bölgələrdə arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Gecə 5-8, gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq.





Xəbər lenti

Təqvim

«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR