Cəmiyyət
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
Sentyabrın 27-də əks-hücum əməliyyatlarında iştirakı zamanı yaralanan, hətta şəhid olduğu güman edilən 26 yaşlı müddətdən artıq hərbi qulluqçu İnqilab Qayıbovun üstündə gəzdirdiyi bayraq Suqovuşanda dalğalanır. Yaralı halda qana bulaşmış bayrağını əsgər yoldaşına verərək, “şəhid olsam məzarım üstümə sərərsiniz, əgər torpaqlar azad olunarsa, orada dalğalandırarsınız demişdi”.
Bərdə rayonunun Yenidaşkənd kəndindən olan İ.Qayıbov Azvision.az a bildirib ki, 2016-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb.
Qəhrəman döyüşçü bildirib: “Sentyabrın 27-də əks hücum əməliyyatları başlayanada ilk hərəkətə keçən komandalardan biri biz idik. Biz əsas eşolonda vurulduq. Talış istiqamətində düşmənin əsas strateji yüksəkliklərindən birinə komandir və 4 nəfər daxil olmuşduq. Komandiri snayper vurduğu üçün biz özümüz irəlilədik. Qrupda ixtisasım kəşfiyyatçı snayper idi. Rəhmətlik Cahangirin silahı ilə ermənini vurduq. Yanımda Dadaşov Əjdər, Qurbanov Cahangir, Əzizov Ayşad idi. Mən qabaqda idim. Bu zaman RQD 5 əl qumbarası atdılar. Çöndüm uşaqların hansı məsafədə olduğuna baxım. Məndən 5 metr uzaqlıda idilər. "Qumabara atdılar" dedim. Onlar yatdı. Mən isə nə qaçmağa, nə də uzanmağa vaxt tapa bildim. Əlimi gözümə tutdum, qumbaranın bütün qəlpələri zirehli gödəkcə tutmayan yerlərə, əlimə, ayağıma doldu. Bunlar mənim üçün heç nə idi. Qan axsa da irəlilədim. Bu zaman bizə güllə atan erməni hərbçisini məhv etdim. Yoldaşlarım yanıma gəldi, yenidən irəliləyəmə hazırlaşırdıq. Avtomatın darağın dəyişdiyimiz zaman 82 mm-lik minaatanla olduğumuz yeri vurdular. Mən heç nə xatırlamıram. Yoldaşlarımın dediyinə görə, bu zaman tagımın aşağıda olan hissəsi toz çəkiləndən sonra yanımıza gəlib. Yanımdakı 3 döyüş yoldaşım şəhid olmuşdu. Mənim də öldüyümü zənn ediblər. Bizi qırağa qoyublar ki, tank vala girib irəliləsin. Abbasov Əli deyirdi ki, “səni yoxladım, nəbzin vurmurdu”. Sağ boyundan sağ dizə qədər bütün sümük qəlpə olmuşdu. Sol əl, sol ayaq, sol topuq qəlpə idi. Bədənimdə 50-ə yaxın qəlpə var idi. Yarım saat belə qalmışam. Sonra ayıldım. Sağ tərəfimin su olduğunu zənn edirdim. Gördüm ilıqdır, baxdım ki, qandır. Sol çiynimin üstünə söykənərək qalxmağa çalışdım, o zaman aşmışam. Sonrası yadımda deyil. Məni heyət görüb. Abbaslı Cavidan adlı xidmət yoldaşım məni çiynində aparıb. Həmin vaxtı düşmən yenidən mərmi atanda məni yerə qoyub üstümə uzanıb ki, heç nə olmasın. Biz yoldaşlarımız üçün canımızı fəda edərdik. Ondan sonra ayılmışam. İlkin tibbi yardım gəstərildikdən sonra Qəzənfərov Tərlan məni 1500 metr çiynində öz mövqelərimizə aparmışdı. Oradan helikopterlə hərbi hospitala getdik”.
Həmişə xüsusi təyinatlı olmağa can atdığını deyən hərbçi şəhidlik zirvəsinə yüksəlmək arzusu ilə yaşadığını söyləyib. "Qismət olmadı, qazi olaraq geri qayıtdım. Mənim böyük bayrağım var idi. Rəhmətlik bölük komandirim Hacıyev İsmət onu məndən istədi. Dedim ki, bunu istəmə, İnşallah arzuma çatım, zirvəyə asarıq, ya da bununla məni dəfn edərsiniz. İlk tibbi yardım göstəriləndə yanımda olan Məmmədli Fəridə bayrağı verdim ki, bunu götür. Bayraq qan idi, yerdə qalmasın. Sonradan həmin bayrağı Fərzəliyev İlkin Suqovuşanda hərbi hissənin üstündə asdı. Həmin videonu bayrağı verdiyim Fərid çəkmişdi. Kimin asmasından asılı olmayaraq, işğaldan azad olunan torpaqlarda Azərbaycan bayrağı dalğlanır. Bu, mənim üçün qürurvericidir”.
İ.Qayıbov 44 günlük döyüşlərdə başda həkimlərimiz olmaqla, bütün Azərbaycan xalqına təşəkkür edib.
“Hərbi hospitalda həkimlərin çəkdiyi əziyyət ananın balasına çəkdiyi qayğıdan az deyil. Biz əsgər kimi öz borcumuzu yerinə yetirdik. Bu, millətin qələbəsi idi. Bir ay müalicə aldım. Oktyabrın 27-i gələndə 20 gün mənə məzuniyyət verdilər. Amma qala bilmədim, oktyabrın 28-də qrupun yanına qalxdım.
“Hərbi hospitalda həkimlərin çəkdiyi əziyyət ananın balasına çəkdiyi qayğıdan az deyil. Biz əsgər kimi öz borcumuzu yerinə yetirdik. Bu, millətin qələbəsi idi. Bir ay müalicə aldım. Oktyabrın 27-i gələndə 20 gün mənə məzuniyyət verdilər. Amma qala bilmədim, oktyabrın 28-də qrupun yanına qalxdım.
İllərdir hər kəsin arzusu qələbəni yaşamaq idi. Biz bu torpaqda yaşayırıq, nəfəs alırıq, suyunu içirik, çörəyini yeyirik. Hamı Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Qardaşlarım var idi ki, yaralansalar da dayanmadan düşmənin üstünə gedirdi. Canımız, qanınımız bahasına olsa da torpaqları azad etməyi düşünürdük”.
Valideynlərinə məlumat vermədən döyüşlərə qatılan İ.Qayıbov övladlarını ailəsinə əmanət etdiyini deyib: “Mənim şəhid olmaq xəbərim gedəndə kənd camaatı artıq bizim evə axışırdı. Sonradan yaralı olmağın barədə ailəmə məlumat veriblər.
Müalicə aldığım 1 ay ərzində Azərbaycan Ordusunun qələbə xəbərlərini, Ali Baş Komandanın çıxışlarını izlədikcə elə sevinirdim ki, qışqırmaq istəyirdim. Axır ki, biz 90-cı illərdə xalqımızın yaşadığı o günlərin qisasını aldıq və torpaqlarımızı düşməndən azad etdik”.
Müalicə aldığım 1 ay ərzində Azərbaycan Ordusunun qələbə xəbərlərini, Ali Baş Komandanın çıxışlarını izlədikcə elə sevinirdim ki, qışqırmaq istəyirdim. Axır ki, biz 90-cı illərdə xalqımızın yaşadığı o günlərin qisasını aldıq və torpaqlarımızı düşməndən azad etdik”.
Bu şəkildə ortadakı Qəzənfərov Tərlan özü yaralı olsa da döyüş meydanından yoldaşlarımızı çiynində kilometrlərlə məsafədə təxliyə edib. Bədənində hələ də qəlpələr qalır. Məmmədli Fərid qardaşımız isə bədənindəki qəlpələri özü çıxarırdı. tibbi müayinəyə getmədən son günə qədər döyüş meydanında qalıb.
Bu bölmədə bənzər xəbərlər
- Hərbi maşınımız minaya düşdü
- Erməni kəşfiyyat qrupunun basqın cəhdi: bir əsgərimiz şəhid oldu
- Mübariz İbrahimovun doğum günüdür
- Erməni hərbçi biz tərəfə belə keçdi (FOTO, VİDEO)
- Erməni bayrağını belə endirdik (VİDEO)
- Şəhid hərbçimiz dəfn edildi (FOTO)
- Şəhid əsgər son mənzilə uğurlandı
- Düşmənin daha bir PUA-sı məhv edildi, hərbçimiz şəhid oldu - SƏRHƏDDƏN XƏBƏR
- Müdafiə Nazirliyi: Tovuz rayonu istiqamətində şiddətli döyüşlər gedir
- Sumqayıtın Vətən müharibəsi QƏHRƏMANLARI - TANIYAQ
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- Yanvarın 14-də gözlənilən hava şəraiti
- Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
Xəbər lenti
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- 17:25
Dekabrın 15-də gözlənilən hava şəraiti
- 17:25
Azərbaycanda Zəfər və Anım günləri təsis edilib
- 17:06
Dekabrın 3-də gözlənilən hava şəraiti
- 17:04
“Təmiz Sumqayıt” layihəsinə start verilir
- 16:59
Şuşaya aparan yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
- 16:54
Yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb
- 16:43
Akar: Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır
- 12:35
IBA Tech Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR
- 16:01
Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
- 15:49
Bu şəxslər sabahdan tərxis ediləcək - SƏRƏNCAM
- 15:27
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
- 12:03
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
- 11:52
Tanınmış vəkil koronavirusdan vəfat etdi
- 11:22
Sumqayıt Dövlət Universitetinin məzunları adlarını tarixə yazdılar
- 11:01
STP kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
- 17:26
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti VİDEOGÖRÜNTÜSÜ
- 17:21
Vaksinoloq: Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz
- 17:10
Deputat: Azı 10 min yaralımız var.
- 17:04
Azərbaycana daha 5 zubr gətirildi
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)