Manşet / Cəmiyyət
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
“Müharibə başlayan kimi adiyyəti üzrə rəsmi müraciətlər etdim ki, könüllü olaraq torpaqlarımızın işğaldan azad olunması uğurunda döyüşlərə gedim. Axı 30 ilə yaxındır hamımız bu arzu ilə yaşayırdıq. Xülasə... Yaş həddi səbəbilə təəssüf ki, aparmadılar. Amma şəhərdə oturub, gözləyə də bilmirdim. Demək olar ki, hər gün fikrim cəbhədə idi. Tam altı gün sonra qərar verdim ki, gedə bilmirəmsə, o zaman mən də arxa cəbhədə xidmət göstərərəm. Elə də etdim. Bütün dostlarıma, tanışlarıma zəng edib, dəstək istədim. Yarısı xaricdə, yarısı isə Azərbaycanda olmaqla bu təşəbbüsümü böyük şərəflə yerinə yetirməyə başladım. Müharibənin getdiyi bütün qaynar nöqtələrdə əsgərlərimizə, ailələrinə və eyni zamanda risk altında olan ətraf rayonlara yardımlara başladıq. Bir müddət yardımları dostum Vüqar Ələkbərovla birgə aparırdıq, daha sonra Vüqar koronavirusa yoluxduğu üçün tək getməli oldum. Bəzən mənzil başına qədər, bəzən isə müəyyən məsafədə olan postlara qədər.”

Müsahibəmin qəhrəmanı BMU-nun İnformasiya Hesablama Mərkəzinin müdiri, müəllim Ruslan Məmmədovun zəngimi açan kimi ilk sözü belə oldu: “xanım, mən hazırda Xocavənddəyəm, burada danışmaq bir az çətindir, yaxşı eşidilmir, şəhərə qayıdan kimi yığacam sizi.” Danışdığımız kimi də oldu.
Ruslan bəylə müsahibəyə başlayanda bildirdi ki, mən ön xəttə borcumu yerinə yetirmək, hərbçilərimizə dəstək üçün getdim və gedirəm də. İgidlərimiz bu soyuqda bizim üçün qanını, canını fəda edirsə, biz də xalq olaraq onların yanında olmalıyıq. Çünki bu vətən də, bu torpaq da hamımızındır.

Ruslan Məmmədov deyir ki, döyüşlər başlayandan bu günədək Füzuliyə, Qubadlıya, Zəngilana, Tapqaraqoyunluya, Goranboya, Ağdama, Xocavəndə, Suqovuşana, Böyük Tağlara və Tuğ kəndinə, Murova və bir sıra yüksəkliklərdə qurulan postlarımıza ümumilikdə 30-a yaxın səfəri olub:
“Qələbəmizə qədər adətən tibbi ləvazimatlar, isti geyimlər, qızdırıcılar və bu kimi yardımlar aparırdıq. İndi isə postlara geyimlərlə yanaşı qida məhsulları da əlavə etmişik. Doğrusu, əsgərlərimizə dövlət tərəfindən hər cür şərait yaradılıb, amma, biz yenə də yardımlarımızı əsirgəmək istəmirik.”

“Yardımlarımız tək əsgərlərimizə deyil, eyni zamanda düşmənin hədəfi olan rayon və şəhərlərimizə - Tərtər, Bərdə, Gəncə və oralardan müvəqqəti təhlükəsiz ərazilərə köçürülən vətəndaşlarımıza da oldu.”
Bəli, bu addımlar torpağa sevgini, vətənə, millətinə sədaqəti diqtə edir.Şaxta, çovğun bilmədən, relyefi olduqca çətin olan ərazilərdə əsgərlə bir olmaq bir ölkəni bütöv etməkdir. Hamımız bir yumruq olduq. Ali Baş Komandanın siyasi xətti ilə yürüyüb, yenilməz ordumuzla irəlilədik. Cavanından yaşlısına qədər bir an belə tərəddüd etmədik:
“Bu yaxınlarda əsgərlərimiz üçün şaxtadan qoruyucu bir sıra tibbi vasitələr alırdım. Həmin ərəfədə aptekdə olan yaşlı bir ana məndən soruşdu ki, bunları əsgərlərimizəmi alırsan, oğul?! Hə dedim və ana kövrək halda cibindən 5 manat çıxarıb, əczaçıya verdi ki, bu pula nə düşürsə verin, mən də bir neçə əsgərimi şaxtadan qoruyum. Sizi inandırım ki, ananın verdiyi o 5 manatda sanki minlərlə döyüşçümüzə çatacaq şəvqət, istilik, şəfa var idi.”

Müsahibim deyir ki, əsgərimiz ailəsindən nigaran qalmasın deyə yaxınlarını axtarıb,tapıb onlara da həftəlik ərzaq yardımları verirdik, kirayədə yaşayanların aylıq ödənişlərini edirdik:
“Müharibənin qızğın vaxtlarında gecə saatlarında bir zəng gəldi. Telefonu açdım və kövrək səslə bir nəfər mənə dedi: “Ruslan bəy, sizinlə danışan səhər evinə yardım apardığınız ananın oğludur. Sizə necə təşəkkür edəcəyimi bilmirəm. Bundan sonra mənim gözüm arxada qalmayacaq. Sayənizdə daha nikbin, daha rahat oldum. Mən evə qayıdan kimi ilk sizinlə görüşmək istəyirəm”. İnanın ki, bu başqa bir hisdir və bunu ifadə etmək olmur. Həmin əsgərimiz qayıdanda gedib, qarşıladıq və onunla birlikdə evinə getdik. Çox təsirli və kövrək anlar idi. Bu yaşadıqlarımızın sadəcə çox qısa bir hissəsidir. Hamısını danışsam gün kifayət etməz.”

Məlumat üçün bildirim ki, Ruslan Məmmədov Qubadlıdandır. Səfərlərinin birində də öz ata-baba yurduna gedib, evlərini tapıb. Ən əsası isə doğulduğu torpağa qayıtmaq üçün ilk sıralarda gözləyir. Azərbaycan belə vətənpərvər oğulları, igidləri ilə hər daim ayaqda qalacaq. Yaşasın Azərbaycan! Var olsun arzularımızı çin edən Prezidentimiz və hərbçilərimiz! Qarabağ Azərbaycandır!
Bu bölmədə bənzər xəbərlər
- Müdafiə Nazirliyi döyüşlərə qatılmaq istəyənlərə müraciət etdi
- Milli poçt operatorundan vətəndaşlara çağırış: ƏSGƏRƏ MƏKTUB YAZ!
- Mingəçevirli müharibə veteranı: "Sumqayıt toz-torpağın içərisində bir xarabalıq idi.."
- Zakir Həsənov: Torpaqlarımızın azad olunacağı gün yaxınlaşır (FOTOLAR)
- Sumqayıt sakinləri PREZİDENTƏ yazır: "Qələbə gününü səbirsizliklə gözləyirik."
- Prezident Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı
- 700 bal toplayan sumqayıtlı tələbə: "Mükəmməl bir mühəndis olmaq arzusundayam."
- Sumqayıtlı güləşçi: "Hər məğlubiyyət bir qələbənin təməlini qoyur" - ONU TANIYAQ
- Azərbaycanlı deputat: "24 aprel günü Azərbaycanda da qeyd edilsin."
- Azərbaycan istehsalı olan yeni film Sumqayıtda da nümayiş olunacaq
Çox oxunan xəbərlər
- Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- Yanvarın 15-də gözlənilən hava şəraiti
- Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- Yanvarın 14-də gözlənilən hava şəraiti
- Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
Xəbər lenti
- 17:34
Rusiyada Azərbaycan mədəniyyətini tanıtmağa çalışan sumqayıtlı - VİDEO
- 17:32
Prezident: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq
- 17:17
Hərbi geyimdən qanunsuz istifadə edənlər cərimələnəcək - REYDLƏR BAŞLADI
- 17:36
Yanvarın 15-də gözlənilən hava şəraiti
- 17:31
"SUMQAYIT"dan qollu heç-heçə
- 17:21
"Sumqayıt" Futbol Klubu İrqçiliyə "YOX" deyir
- 17:09
Şuşa İslam dünyasının mədəniyyət paytaxtı elan olunacaq
- 17:42
Sosial şəbəkədə başlayan mübahisə qanla bitdi - SUMQAYITDA
- 17:39
"Sumqayıt" FK heyətini növbəti futbolçu ilə gücləndirib
- 17:31
Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb
- 17:21
Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO
- 17:01
Yanvarın 14-də gözlənilən hava şəraiti
- 16:55
Qanunsuz ov edən Sumqayıt sakini cəzalandırıldı
- 16:37
Kəlbəcər rayonunun Şaplar kəndindən videogörüntülər
- 16:30
Azad olunmuş ərazilərdə hərbçilərimizin təminatı yaxşılaşdırılır - VİDEO
- 16:25
Yanvarın 13-də gözlənilən hava - KÜLƏK GÜCLƏNƏCƏK
- 16:16
Minlərlə əsgərin ailə üzvünə çevrilən MÜƏLLİMİ TANIYAQ
- 16:22
Səfərbərlikdən tərxis edilmiş şəxslər üçün komissiya yaradıldı
- 16:18
Yanvarın 12-də gözlənilən hava şəraiti
- 15:55
Sumqayıtda onkoloji xəstə özünə qəsd etdi
- 15:50
Bakı, Yerevan və Moskva Qarabağla bağlı birgə KOMİSSİYA YARADIR
- 17:25
Dekabrın 15-də gözlənilən hava şəraiti
- 17:25
Azərbaycanda Zəfər və Anım günləri təsis edilib
- 17:06
Dekabrın 3-də gözlənilən hava şəraiti
- 17:04
“Təmiz Sumqayıt” layihəsinə start verilir
- 16:59
Şuşaya aparan yolun tikintisinə yerli və xarici şirkətlər cəlb edilib
- 16:54
Yeni dəmir yolu körpüsünün tikintisi yekunlaşdırılıb
- 16:43
Akar: Qarabağda Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır
- 12:35
IBA Tech Akademiyasına qəbul başlandı - ŞƏRTLƏR
- 16:01
Daxili İşlər Nazirliyi vətəndaşları qaydalara əməl etməyə çağırır
- 15:49
Bu şəxslər sabahdan tərxis ediləcək - SƏRƏNCAM
- 15:27
Şəhid olması xəbəri yayıldı, qazi kimi qayıtdı
- 12:03
Türkiyəli hərbçilər Azərbaycana nə vaxt gələcək?
- 11:52
Tanınmış vəkil koronavirusdan vəfat etdi
- 11:22
Sumqayıt Dövlət Universitetinin məzunları adlarını tarixə yazdılar
- 11:01
STP kollektivi Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib
- 17:26
Ordumuzun Kəlbəcərə daxil olmasının növbəti VİDEOGÖRÜNTÜSÜ
- 17:21
Vaksinoloq: Heç bir peyvənd virusdan 100 faiz qoruya bilməz
- 17:10
Deputat: Azı 10 min yaralımız var.
- 17:04
Azərbaycana daha 5 zubr gətirildi
Arxiv
Dekabr 2020 (11)
Noyabr 2020 (50)
Oktyabr 2020 (124)
Sentyabr 2020 (45)
Avqust 2020 (71)