Maraqlı

Dünyaca məşhur saatsaz: İlk iş yerim Sumqayıtda olub - VİDEO


Dövr, zaman dəyişdikcə həyatımıza yeniliklər gəlir, lakin bəzən qədim ənənələr sıradan çıxır, bir çox sənət sahələri unudularaq tarixə qovuşur. Çətin də olsa, bu sənətləri yaşadanlar var.
Bakının məşhur saatsazı Hacı Fətəliyev artıq 50 ildir ki, bu peşə ilə məşğul olur və işini sevir:
“1970-ci ildən bu işlə məşğulam. İlk iş yerim Sumqayıt şəhərində məişət xidməti idarəsində olub. Bu sənətimi sevirəm, qeyri-adi saatlar haqqında məlumatlar toplayıram, baxıram, öyrənirəm.
Bakı şəhərində elə saat yoxdur ki, düzəltməyim. Mənim iş yerimin girişində də diqqət edən şəxs “düzəlməyən saatların təmiri” yazısını görə bilər. Ümumiyyətlə bu gün çox ustalar qeyri-adi saatları demək olar, düzəldə bilmədikləri üçün götürmürlər və adamlar sonda mənim ünvanıma gəlirlər. Bundan əlavə demək olar ki, işimin əsas hissəsi brend saatlarla bağlıdır”.
H.Fətəliyev qeyd edib ki, ilk düzəltdiyi saatlar “Zvezda”, “Pobeda”, “Luç”, “Vostok” markaları olub, ancaq bu gün o “Rolex” saatlarını belə təmir edir:
“Bu sənət çox dərindir. Sənətin pisi olmur, sənətkarın pisi olur. Əgər əsl sənətkarsansa, yaxşı qazanc əldə edəcəksən. İndi elə qəliz saatlar gəlir ki, uzun zaman lazım olur düzəltməyə. Amma şükürlər olsun ki, hamısını düzəldə bilirəm. Dünyada elə bir saat yoxdur ki, onu sazlaya bilməyim. 2015-ci ilin may ayının 15-dən bir ay müddətində İtaliyanın Milan şəhərində keçirilən festivalda dünyanın 120 ölkəsinin saatsazları arasında mən də var idim. O qədər saatsazın içində ikinci oldum”.





Xəbər lenti

Təqvim

«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR