İqtisadiyyat

Sumqayıtda quşçuluq təsərrüfatında tələblərə uyğun olmayan fəaliyyət aşkarlanıb


Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Daxil olan məlumat əsasında Sumqayıt şəhəri, Sülh küçəsi 1 ünvanında yerləşən, "Murad Aqro" MMC-yə məxsus quşçuluq broyler təsərrüfatında yoxlama həyata keçirilib. Keçirilən yoxlama zamanı quşçuluq broyler təsərrüfatının normativ texniki sənədlərin tələblərinə əməl edilmədən fəaliyyət göstərdiyi aşkar olunub. Müəssisədə istehsal olunan məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.





Xəbər lenti

Təqvim

«    Yanvar 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR