Manşet / Cəmiyyət

"SUMQAYIT"dan qollu heç-heçə


Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlarını davam etdirən "Sumqayıt" FK baş məşqçi Ayxan Abbasovun rəhbərliyi ilə "Qəbələ" ilə yoxlama oyunu keçirib. Sumqayıtdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada vurulan hər iki qol matçın ilk yarısına təsadüf edib. Hissənin ortalarında meydan sahibləri hesabda önə keçib. Murad Xaçayev “Sumqayıt”ın qolunun müəllifi olub. Fasilə ərəfəsində “qırmızı-qaralar” bərabərlik qoluna imza atıb. Nikolas Raysel fərqlənib.
Fasilədən sonra da oyunda qarşılıqlı hücumlar müşahidə olunub. Hər iki komanda rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaratmağı bacarıb. Lakin son zərbələri dəqiq alınmayan rəqiblər hesabı dəyişə bilməyib – 1:1.





Xəbər lenti

Təqvim

«    Mart 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR